Menecerin Həbsi və "Saxta Münasibət" İddiaları
Menecer Ayşə Barıma bağlı çalışan aktrisa Serenay Sarıkayanın müğənni Mert Demir ilə reklam xarakterli münasibət yaşadığı, Barımın isə bunun qarşılığında 5 milyon dollar aldığı iddia edilmişdi. Ardınca Barım haqqında teleaparıcılıq sektorunda tekelçilik ittihamı ilə istintaq başladılmışdı.
Başladılan istintaq çərçivəsində məhkəməyə gedərək ifadə verən Serenay Sarıkaya "Münasibətimiz qarşılıqlı olaraq tamamilə azad iradəmizlə davam edir. Mən bu günlərə zəhmətimlə gəlmişəm. Məni nüfuzdan salmağa çalışırlar" deyib. Mert Demir isə "Bu, reklam münasibəti deyil, çox sevdiyim, aşiq olduğum bir münasibətin içindəyəm" sözlərini söyləmişdi.
Və daha bir çox aktyorun verdiyi ifadələrdən sonra Barım, Gezi Parkı etirazlarının planlayıcılarından olması ittihamı ilə həbs edilmişdi.
Mert Demirdən Şok Paylaşım: "İkinci dəfə ata oluram"
Menecerinin həbsi ilə şoka düşən və təklif olunan layihələri geri çevirən Serenay Sarıkaya ötən günlərdə 33 yaşına qədəm qoyub. Sevgilisi Mert Demir də ona duyğusal bir mesaj ünvanlamışdı. Demir "Ad günün mübarək, əzizim, bütün bu cəfəngiyatın içində məni narahat edən tək şey bizik" demişdi.
Sosial şəbəkələrdən fəal istifadə edən Mert Demirdən bu dəfə "Yəqin ki, ikinci dəfə ata oluram" paylaşımı gəlib.
Evlərinə gələn yeni doğulmuş pişik balasını İnstaqramda yayımlayan Demir, "Anası gətirib, bağçaya buraxdı. Yəqin ki, ikinci dəfə ata oluram. Baxacağıq" qeydini əlavə etmişdi.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz