2 Məşqi Buraxdı
Argentinalı dünya şöhrətli futbolçu Lionel Messi, Meksika və Amerika liqalarının ulduzlarını bir araya gətirən bu xüsusi oyun öncəsi keçirilən hər iki məşqdə iştirak etməyib. Klub rəsmilərinin bildirdiyinə görə, bunun səbəbi yüngül fiziki narahatlıqlardır. Lakin rəsmi zədə hesabatı yayımlanmadığı üçün suallar artmaqda davam edir.
MLS qaydalarına əsasən, əsaslı səbəb olmadan oyuna qatılmayan oyunçular bir matçlıq cəza ala bilərlər. Oxşar hadisə 2018-ci ildə LA Galaxy forması geyinən Zlatan İbrahimoviçin başına gəlmişdi.
Keçən İl İştirak Etməmişdi
MLS ulduzlarını meydana çıxaracaq baş məşqçi, Austin FC-nin ispaniyal təlimçisi Niko Estévez, Messinin vəziyyəti ilə bağlı dəqiq məlumatı olmadığını bildirib:
“Mən yalnız mənə təqdim olunan oyunçularla çalışıram. Messi bizimlə olsa, əla olar. Çünki o, bütün zamanların ən yaxşı futbolçusudur.”
Messi, ötən il də Copa América finalında yaşadığı bilək zədəsi səbəbindən All-Star tədbirinə qatıla bilməmişdi.
Bəzi Ulduzlar da İştirak Etməyəcək
Inter Miamidən Jordi Alba, çərşənbə axşamı keçiriləcək bacarıq yarışmasına qatılacağı elan edilsə də, tədbirdə yer almayıb. Bundan əlavə, Albadan başqa Serxio Buskets və Luis Suares də heyətə daxil edilməyib.
Meksika Liqası tərəfindən isə León formasını geyinən kolumbiyalı ulduz James Rodriges, planlaşdırılan tədbirlərdə iştirak etməyib və gələn xəbərlərə görə bu gecəki qarşılaşmada da meydanda olmayacaq.
Ramos Kapitanlıq Edəcək
Digər tərəfdən, Monterrey forması ilə mübarizə aparan Serxio Ramos haqqında yaranan qeyri-müəyyənlik aradan qaldırılıb. Liga MX prezidenti Mikel Arriola, Ramosun heyətdə yer alacağını və Meksika yığmasının kapitanlığını edəcəyini açıqlayıb.
MLS ilə Liga MX All-Star oyunu, çərşənbədən cümə axşamına keçən gecə Azərbaycan saatı ilə 04:00-da başlayacaq.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz