İdman 25.06.2025

Meydanda şok Hakim kapitana baş vurdu

Meydanda şok Hakim kapitana baş vurdu

Kamerunda Gərgin Futbol Matçı

Kamerun İkinci Liqasında keçirilən "IIsosha de Limbe" – "APEJES Academy" qarşılaşması hakem ilə oyunçular arasında baş verən mübahisə ilə yadda qalıb.

Oyunun həlledici dəqiqələrində qonaq komandanın penaltidən vurduğu qol gərginliyə səbəb olub. Gərginləşən şəraitdə qarşılaşmanın referisi ev sahibi komandanın oyunçularından birinə qırmızı kart göstərib.

Referi və Kapitan Arasında Dalaşma

Etiraz əlaməti olaraq, kapitan istisna olmaqla, bütün komanda sahəyə oturaraq oyunu davam etdirməkdən imtina edib. Lakin "IIsosha de Limbe" komandasının kapitanı ehtiyat oyunçular skamyasına yaxınlaşaraq qeyd yazıb, komanda yoldaşlarını çağırıb və qeydi kameraya göstərib. Bu hərəkətinə görə o da qırmızı kart alıb.

Bundan sonra bütün komanda referinin üzərinə gedərək kəskin etirazlara başlayıb. Məhz bu anda referi ona yaxınlaşan komanda kapitanına başla zərbə endirərək yerə sərilib. Bu hərəkətin ardından referiyə havadan zərbə endirən kapitanın hərəkətinə komanda yoldaşları da qoşulunca sahədə böyük bir çaxnaşma yaşanıb.

Təhlükəsizlik qüvvələrinin hadisəyə müdaxiləsi ilə daha böyük bir qalmaqalın qarşısı alınıb və gərginlik sakitləşdirilib.

24 saat