Bertuğ Yıldırım və Ala Tokel ayrılığı
Milli futbolçu Bertuğ Yıldırım Fransanın "Renn" komandasında çıxış edən zaman sosial media fenomeni Ala Tokel ilə münasibətləri ilə diqqət mərkəzində idi.
O vaxtlar barmağındakı üzüklə gündəmə gələn Ala Tokel evlilik barədə belə demişdi: "Bu, ailələr arasında verilmiş bir qərar deyil. Biz sevgimizin simvolu olaraq öz aramızda üzük taxdıq. Ümid edirəm ki, doğru zamanda evlənəcəyim şəxs Bertuğ olar. İnşallah. Hazırda hər şey əla gedir. O, xaricdə hansı komandaya getsə, mən də onunla birlikdə getməyi düşünürəm." Bu açıqlamadan çox keçməmiş cütlüyün ayrıldığı xəbəri yayıldı.
Bertuğ Yıldırımın yeni eşqi gündəmdə: Oriana Correia Gomes
İndi isə Bertuğ Yıldırım yeni eşqi ilə gündəmə gəlib. O, bu dəfə gözəlliyi ilə seçilən Oriana Correia Gomes ilə münasibətə başlayıb.
Gözəl modelin sosial media paylaşımları ilə ortaya çıxan bu sürpriz sevgi gündəmə bomba kimi düşüb.
Miss Universe Spain müsabiqəsinin finalistləri arasında yer alan Correia 22 yaşındadır.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz