İdman 29.07.2025

Morata qalacaq

Morata qalacaq
Galatasarayda Morata ilə bağlı gözlənilməz hadisə yaşandı. İtaliya mətbuatının məlumatına görə, "sarı-qırmızılılar" klubu "Como"nun Morata üçün etdiyi transfer təklifini rədd edib.

Heyətdə saxlamaq niyyətindədirlər

Məlumata görə, "Galatasaray" Alvaro Moratanı əsas heyət oyunçusu hesab edir və onu gələn mövsümdə də komandada saxlamaq istəyir. "Como" tərəfi isə "Milan" və ispan hücumçusu ilə razılığa gəldiklərini, lakin hələlik "Galatasaray" ilə razılaşmadıqlarını bildirmişdi. Baş məşqçi Okan Burukun ispan oyunçunu komandada saxlamaq istəyi səbəbindən razılaşma pozulub.

"Como"nun prezidenti Mirvan Suwarso bir neçə gün əvvəl açıqlamasında bildirmişdi: "Alvaro Morata üçün "Milan" ilə razılığa gəldik, oyunçu ilə də hər şey tamamdır. İndi "Galatasaray" və "Milan" danışmalıdır. Biz öz üzərimizə düşəni etdik." "Sarı-qırmızılılar"ın heyətində ümumilikdə 16 rəsmi matça çıxan 31 yaşlı Alvaro Morata, bu görüşlərdə 7 qol və 3 asistlə yadda qalıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz