Fəal bir
transfer dönəmi keçirən İstanbul təmsilçisi Jhon Duran, Archie Brown və Tarık Çetin kimi yeni oyunçuları heyətinə qatdıqdan sonra diqqətini digər mövqelərə, xüsusilə də yarımmüdafiə xəttinə yönəldib. Komanda rəhbərliyi bu sahədə ciddi dəyişikliklər etməyi planlaşdırır və mövcud heyəti daha da gücləndirmək niyyətindədir.
Bu məqsədlə, sarı-göylər İngiltərə futbolundan tanınmış və təcrübəli bir adı gündəminə gətirib.
9 MİLYON STERLİNƏ SƏRBƏST QALMA BƏNDİ
Məlumatlara görə, Türkiyənin nəhəng klubu İngiltərənin "Lester Siti" komandasında uğurla çıxış edən təcrübəli yarımmüdafiəçi Wilfred Ndidini heyətinə cəlb etmək istəyir. 28 yaşlı Nigeriyalı oyunçu üçün artıq rəsmi danışıqlara başlandığı və danışıqların müsbət istiqamətdə irəlilədiyi bildirilir.
"Lester Siti"nin son mövsümdə İngiltərə Premyer Liqasından aşağı diviziona düşməsi səbəbindən, Ndidinin müqaviləsində 9 milyon funt-sterlinq dəyərində sərbəst qalma bəndinin olduğu qeyd edilir. Bu vəziyyət onun cari klubundan daha asan şərtlərlə ayrılmasını təmin edir və digər klublar üçün cəlbedici edir.
Qeyd edək ki,
Fenerbahçe ilə yanaşı, İtaliyanın nəhəng klublarından biri olan "Yuventus" da Ndidinin xidmətləri ilə yaxından maraqlanır. Turin təmsilçisi də Nigeriyalı
yarımmüdafiəçi üçün "Lester Siti" ilə əlaqə saxlayaraq mümkün
transfer xərclərini müzakirə edib.
24 saat