Əməyin Qarşılığı
Nuri Şahin, komandasının sərf etdiyi əməyin qarşılığını ala bilmədiklərini vurğulayıb: "Çox qürurluyam, Trabzonspor kimi bir komandaya qarşı 90 dəqiqə əksiklə ancaq belə oynanmaq olardı. Digər tərəfdən çox üzgünəm, əməyimizin qarşılığı bu deyildi."
"Ağrı Çəkirik"
Təcrübəli baş məşqçi, qarşılaşmanın hakimi Halil Umut Meleri də tənqid edib: "Hakimlərlə bağlı danışmaq istəmirəm. Ancaq burada 200 işçi var, hər kəs əmək sərf edir. Onların əməyinə çox yazığım gəldi. Ad çəkmədən deyəcəyəm... Hakimlərimiz bir az düşüncəli olmalıdırlar. Bu keyfiyyətdə olan hakimliyi idarə etməklə heç bir yerə çata bilmərik."
Nuri Şahin sözlərinə davam edərək, Başakşehirin yenidən formalaşdığını və irəliyə doğru getdiklərini qeyd edib: "Deməyək ki, Başakşehir yenidən komanda olur. Gəlirik! Ağrı çəkirik, amma komandamla qürur duyuram. Buradayıq, ayaqdayıq... Heç nə olmayıb və davam edəcəyik."

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz