İdman 23.11.2025

Okan Burukdan gözlənilməz qərar

Okan Burukdan gözlənilməz qərar

"Qalatasaray"ın oyun dəyişiklikləri və Yusuf Demirə tənqidlər

"Qalatasaray" Trendyol Süper Liqanın 13-cü turunda doğma meydanda "Gənclərbirliyi"nə 1-0 hesabı ilə geriyə düşsə də, oyunu 3-2 qələbə ilə başa vurdu. Matça Okan Burukun etdiyi dəyişikliklər damğa vurdu. Xüsusilə, Yusuf Demirin çıxışı tənqid hədəfinə çevrildi.

Sarı-qırmızılı komandada Mario Lemina 17-ci dəqiqədə zədələnərək oyunu davam etdirə bilmədi. Həmin dəqiqədə meydana daxil olan Yusuf Demir, fasilədə əvəzlənərək yerini İlkay Gündoğana verdi. İlk hissəyə əlavə olunan 5 dəqiqə ilə birlikdə cəmi 33 dəqiqə meydanda qala bilən Yusuf Demir, hücumda istədiyi təsiri göstərə bilmədi. "Qalatasaray" azarkeşlərinin oyunçu dəyişikliyi zamanı Yusuf Demirin adını eşitdikdə ona etirazlarını bildirməsi diqqət çəkdi.

Okan Burukdan Yusuf Demir açıqlaması

Baş məşqçi Okan Buruk matçdan sonra Yusuf Demir haqqında bunları dedi: "Yusuf Demir bu gün psixoloji olaraq hazır deyildi. Şansı var idi, özünü göstərə bilərdi, amma alınmadı. Kazımcan kimi bir nümunə var idi, o da uzun zamandır oynamırdı, amma meydana çıxıb özünü göstərdi".

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz