İdman 21.11.2025

Okay Yokuşludan çempionluq vədi

Okay Yokuşludan çempionluq vədi
Bordo-mavilər Super Liqa hazırlıqlarını davam etdirir.

Okay Yokuşlu, Trendyol Super Liqa'nın 13-cü turunda "RAMS Başakşehir" ilə səfərdə keçiriləcək oyunun hazırlıqlarını davam etdirən bordo-mavili komandanın məşqindən əvvəl mətbuat nümayəndələrinə açıqlamalar verib.

Bordo-mavili oyunçu, komanda olaraq yaxşı yolda olduqlarını qeyd edərək, "Yaxşı əhval-ruhiyyəmiz, yaxşı oyunumuz var. Keçən ildən etibarən bunu baş məşqçimizlə formalaşdırdıq. Şəxsən mənim üçün isə heç nə dəyişməyib, hər zaman etdiyim kimi yüzdə yüzümü verib meydanda komandama kömək etməyə çalışıram. Futbol, komanda oyunudur. Əlimizdən gələni edib matçlarda yaxşı performans göstərməyə çalışırıq" - deyə bildirib.

Okay Yokuşlu, xaricdə olduğu dövrdə "Trabzonspor"un çempionluq yaşadığını xatırladaraq, "Bunun təsirlərini şəhərdə açıq şəkildə görə bilirəm. Klub və komanda daxilində daha stabil, daha nizamlı bir quruluş olduğunu deyə bilərəm. Zirvəyə oynayan yarışmanın içində dinamiklərin formalaşması nöqtəsində rəhbərlik və baş məşqçimiz nə ediləcəyini çox yaxşı bilir. Bu prosesin müsbət yöndə inkişaf etdiyini deyə bilərəm" - deyə qeyd edib.

Milli komanda arzusu

Okay Yokuşlu, milli komandaya seçilib-seçilməməsinə dair isə "Milli komanda məsələsində qərar, təbii ki, baş məşqçi Montellanın ixtiyarındadır, bizim edəcəyimiz tək şey, komandada yaxşı performans verməkdir. Baş məşqçinin qərarına hörmət etməyimiz lazımdır. Bir çox matçda vəzifə aldım. Bəzən çağırıldım, bəzən çağırılmadım, amma hər zaman hörmətlə qarşıladım. Gələcəkdə də çağırılacağım günlər olacaqdır. Olmasa belə mənim fokuslandığım tək şey meydan içi və öz işimdir" - deyə bildirib.

Komandadakı gənc oyunçulara da əlindən gəldiyincə dəstək olduğunu anladan Okay Yokuşlu, "Xaricdə oynamış biri olaraq başqa yerdən, ölkədən gələn futbolçuların yaşadığı uyum prosesini bilirəm. Bu səbəbdən gənc yoldaşlarımızı şəhərə adaptasiya etməyə çalışırıq. Hamısı üzləri gülərək məşqə gəlir" - ifadələrini işlədib.

"Çempionluğun yolunu açar"

Keçən mövsüm yaşanan çətin dövrü xatırladan Okay, belə davam edib: "Baş məşqçimiz də dilə gətirdi. Keçən il çətin bir proses keçirdik; onun üzərinə bir qurulma oldu, yeni komanda inşa edildi. Bu mövsüm liqaya yaxşı başladıq. Fokuslanmamız lazım olan şey, meydanda nə verdiyimiz, oyunumuzdur. Bu il ortaya qoyduğumuz oyun, bu il olmasa belə önümüzdəki bir neçə il içində çempionluq yolunu bəlkə də açacaq əhəmiyyətli kilid nöqtələrindən biridir. Zirvə yarışında olmaq və zirvədən qopmadan davam etmək istəyirik. Baş məşqçimiz hədəf olaraq 'İlk 4' dedi, mən də qatılıram".

Okay Yokuşlu, gənc oyunçular Oulai və Salih Malkoçoğlu ilə bağlı fikirlərini də belə bölüşüb: "Oulai gəldiyi ilk gündən etibarən hamımızı həyəcanlandıran bir oyunçu oldu. İstedadlı və potensialı yüksək olduğunu bilirdik. Matçlara çıxınca bunu hər kəs gördü. Milli komandaya getməsi onun üçün çox böyük bir addım. Çox potensiallı oyunçu, komandaya töhfə verir. Təbii ki, əskik yönləri var, bunları bilir, amma gələcəyinin çox parlaq olduğunu deyə bilərəm. "Trabzonspor" onun üçün əhəmiyyətli bir klubdur. Onu karyeralarında bir yerə daşıyacaq klub. Salih buranın uşağıdır. U19-da kapitanlıq etmiş, final oynamış bir xarakter. Trabzonlu futbolçuların məsuliyyəti bir az daha çoxdur. Daha çox təzyiq altındadırlar, amma bunu idarə etməsi lazımdır. Bu günə qədər çox forma şansı tapa bilmədi, amma tapacaqdır. O ana hazır olmaq əhəmiyyətlidir. Çox çalışqan, çox peşəkar bir oyunçu. İkisinin də yolu çox açıqdır".

"Super Kubok'u istəyirik"

Okay Yokuşlu, kritik bir dövrə girdiklərini ifadə edərək, "Hər zaman zirvədə olmaq istəyirik, zirvədən qopmamaq istəyirik. Qarşıdakı matçlar bizim üçün əhəmiyyətlidir. Bütün oyunçulara ehtiyacımız olduğunu düşünürəm. Mövsümün əvvəlində ümid olaraq çox gözlənti yox idi, həm media, həm də azarkeşlərdə çox gözlənti yüksək deyildi. Buradakı insanlar, baş məşqçilər, oyunçular bunu bir şəkildə bacardıq, səviyyəni bir yerə qədər gətirə bildik. Təbii ki, mövsüm uzundur. Bu dövr də onlardan biridir. Önümüzdə bir Super Kubokumuz var, o kuboku almaq istəyirik. Kritik dövr, yaxşı hazırlanacağıq" - deyərək sözlərini tamamlayıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz