İdman 01.08.2025

Ole Gunnar Solskjaer istefa sualına qəti cavab verdi

Ole Gunnar Solskjaer istefa sualına qəti cavab verdi

Beşiktaş Baş Məşqçisi Elənmənin Səbəblərini Açıqladı

Beşiktaşın baş məşqçisi Ole Gunnar Solskjaer, Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Şaxtyor Donetskə 2-0 hesabı ilə məğlub olaraq turnirdən kənarlaşdıqları matçdan sonra açıqlamalar verib.

"Şaxtyor Vəsiqəni Haqq Etdi"

Matçı dəyərləndirən norveçli baş məşqçi, "Hər iki oyunda da rəqib bizdən daha yaxşı idi. Bizdən daha güclü bir komandaya qarşı oynadıq. Şanslar əldə etdik, lakin onlar bizdən daha çox şans yaratdılar. Rəqibimiz növbəti mərhələyə yüksəlməyi haqq etdi. İkinci hissədə bir neçə fürsət tapdıq, amma alınmadı. Düşünürəm ki, Şaxtyor Avropa Liqasında daha yüksək yerlərə gələcək" deyib.

"Ehtiyacımız Olan Şey Sabitlikdir"

"Gələcəyinizlə bağlı nə düşünürsünüz?" sualına Solskjaer, "Biz səyahətə başladıq. Hələ ki, bu mövsümə yeni başlayırıq. Başqa bir turnirdə yolumuza davam edəcəyik. Gələcəklə bağlı bu layihədə doğru insan olduğumu düşünürəm. Davam etməkdə bir problem yoxdur. Son 4-5 ildə Beşiktaş çətin dövrlər keçirdi. Ehtiyacımız olan şey sabitlikdir" cavabını verib.

"Vəzifəmi İcra Edirəm"

Oyunun ardından təşkil edilən mətbuat konfransında danışan norveçli baş məşqçi, istefa verməyi düşünmədiyini bildirərək, "Vəzifəmi icra edirəm. Yüzdə yüz hazır olmaları üçün komandaya bir az vaxt lazımdır. 4,5 həftə əvvəl başladığımızdan bəri yeni bir komanda qururuq. Abraham və Orkun komandaya qatıldı. Keçən il 4-cü yeri tutduq. Bu il daha yaxşı nəticələr və kuboklar üçün mübarizə aparacaq bir komanda yaratmağa çalışırıq. UEFA Avropa Liqasından kənarlaşdıq. Qarşımızda UEFA Konfrans Liqası var. Başqa bir kubok qazanma ehtimalı olan bir başqa çempionat var. Bizim məqsədimiz kuboklar qazanmaq üçün mübarizə aparan bir komanda yaratmaqdır" deyə qeyd edib.

"Həqiqəti Qəbul Etməliyik"

Oyunu dəyərləndirən Solskjaer, "Çətin bir matç oldu. Erkən qol işimizi çətinləşdirdi. Planımız ilk qolu vurmaq və sonra fiziki gücümüzlə oyunu qorumaq idi. Rəqibimiz ilk qolu vurdu. İlk oyundakı kimi çətin bir mübarizə oldu. Oyunçularım meydanda döyüşdülər, amma alınmadı, indi həqiqəti qəbul etməliyik. Şaxtyor bizdən daha yaxşı idi. Bu gün ilk qolu vurmaq çox vacib idi. İlk qolu vurub növbəti mərhələyə keçəcəyimizə inana bilərdik. Təəssüf ki, ilk qolu rəqibimiz vurdu. Dırmanmalı olduğumuz dağ bir az daha dikləşdi. Rəqib bizdən daha yaxşı idi və anları daha yaxşı dəyərləndirdi. Azarkeşlər tərifə layiqdirlər. Bizim azarkeşlərimiz də bizə burada çox yaxşı dəstək verdi" ifadələrini işlədib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz