İdman 28.07.2025

Orkun 10 nömrəni alandan sonra hər şey silindi

Orkun 10 nömrəni alandan sonra hər şey silindi
Beşiktaşda Keny Arroyo şoku: Gözlənilməz ayrılıq iddiaları

Gənc ulduzun gözlənilməz hərəkətləri

Beşiktaşın ötən mövsüm böyük ümidlərlə transfer etdiyi və 6 milyon avroya yaxın transfer haqqı ödədiyi 19 yaşlı Keny Arroyo ilə bağlı son günlərdə maraqlı hadisələr baş verir. Gənc oyunçunun sosial media hesablarından Beşiktaşla əlaqəli bütün paylaşımlarını silməsi şok effekti yaradıb.

Forma nömrəsini dəyişdi

Xatırladaq ki, Orkun Kökçünun Benfika klubundan transfer edilməsi ilə Keny Arroyo 10 nömrəli formasını Orkun Kökçüyə vermişdi. Klub rəhbərliyi onun 11 nömrəli formada çıxış edəcəyini açıqlamışdı.

"Bəlkə həyatımız dəyişər"

Beşiktaşla bağlı paylaşımları silən Keny Arroyo daha sonra yeni bir paylaşım edərək "Bəlkə sabah həyatımız dəyişər, kim bilir..." sözlərini yazması, gənc futbolçunun gələcəyi ilə bağlı suallar yaradıb. Bu sözlər azarkeşlər arasında maraq və narahatlığa səbəb olub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz