"Beşiktaş"da Başlamaq Üçün Həyəcanlıyam"
Avstriyadakı təlim-məşq düşərgəsinə qoşulan Orkun Kökçü səhər məşqindən əvvəl mətbuat işçilərinin suallarını cavablandırıb. "Yeni mövsümə başlamaq üçün həyəcanlıyam," deyə futbolçu bildirib, "Nəhayət, uşaqlıqdan bəri arzuladığım komandada forma geyinirəm. Komanda yoldaşlarımla tanış oldum, çox gözəl bir atmosfer var. Gələcək qarşılaşmalara ən yaxşı şəkildə hazırlaşırıq. Hər şey yolundadır."
"Beşiktaşın Bir Parçası Olduğum Üçün Xüsusi Qarşılandım"
Hava limanında qarşılanması və stadionda keçirilən imza mərasimi barədə sualları cavablandıran milli futbolçu bunları dilə gətirib: "Çox xüsusi iki gün idi. Şəxsi fikrimi bildirsəm, hazırda sanki bir dünya ulduzu kimi qəbul edilə bilərəm, lakin mən belə hiss etmirəm. Mən Beşiktaşın övladıyam. Bu qarşılanma xüsusi idi, ulduz olduğumu düşündüyüm üçün yox, Beşiktaşın bir parçası olduğum üçün. Mənim üçün çox gözəl keçdi. O an həyatımın ən xoşbəxt anlarından biri idi. Buna görə də azarkeşlərimizə, klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Hazırda yeganə diqqətim ən yaxşı şəkildə hazırlaşmaqdır. Bu klub üçün əlimdən gələnin ən yaxşısını etmək istəyirəm. Hər kəs əmin ola bilər ki, mən bu klub üçün fədakarlıq edəcəyəm."
"10 Nömrə Mənim Üçün Xüsusidir"
10 nömrəli formanı geyinəcəyi üçün duyduğu həyəcanı bölüşən Orkun Kökçü deyib: "Bu nömrə mənim üçün xüsusidir. Uşaqlıqdan bəri futbol matçlarını izləyəndə, 10 nömrəli formanı bir çox böyük adlar, əfsanələr daşıyıb. Təzyiq həmişə var və bu yaxşı bir şeydir. Əgər təzyiq olmasa, özünü ən yaxşı şəkildə göstərə bilməzsən. Bu mənim üçün gözəl bir hissdir."