“Trendyol Süper Lig”in 2-ci turunda “Beşiktaş” öz meydanında “Eyüpspor”u qəbul edib və 2-1 hesabı ilə qalib gələrək mövsümün ilk qələbəsini qazanıb. Sərt keçən 90 dəqiqədən sonra qara- ağlar üç xalla ayrılmağı bacardı.
Oyunun ardından açıqlamalar verən “Beşiktaş”ın ulduz oyunçularından Orkun Kökçü, həm komandanın çıxışını, həm də öz fiziki vəziyyətini dəyərləndirib.
## Özümü göstərəcəyəmOrkun Kökçü hələ tam gücünə çatmadığını, lakin bu səviyyəyə çox yaxın olduğunu vurğulayıb:
"Qələbə üçün şadam. Daha yaxşı ola biləcəyimi düşünürəm və bilirəm. Tətil etmədim və ilk oyunda yorğunluğum var idi. Yüngül bir zədəm var idi o dövrdə. Zədəni daha az hiss edirəm artıq. Yüzdə yüzə yaxınam, gözləntilərin çox yüksək olduğunu bilirəm. Ən yaxşı şəkildə hazırlanmam lazımdır. Gözlənti yüksəkdir və daha yaxşı performans göstərəcəyimə əminəm. Özüm üçün səbirli olmam lazımdır. Yüzdə yüz olduğumda özümü göstərəcəyəm".
## Kərəm Aktürkoğlu üçün xeyirlisi olsunOna Kərəm Aktürkoğlunun vəziyyəti haqqında məlumatı olub-olmadığı soruşulduqda, "Kərəm bir il içərisində çox yaxşı dostum oldu. Demək olar ki, hər gün danışdıq transfer olacağım dövrdə. Sonrasında da danışdıq, amma hazırda necə düşünür, hara getmək istəyir, qalmaq istəyirmi, deyə soruşmadım. Çünki özəl, öz qərarı. Gəlsə, xoşbəxt olarıq. Baxalım, xeyirlisi olsun. Necə qərar verirsə, o qərarının arxasında durur, elə bir xarakterdir o. Xeyirlisi onun üçün də", - deyə cavab verib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz