Süper Ligdə "Eyüpspor" üzərində qələbə qazanaraq ardıcıl beşinci oyununu da uğurla başa vuran və liderliyini qoruyan "Qalatasaray"da diqqət artıq Çempionlar Liqası oyunlarına yönəlib. Baş məşqçi Okan Burukun ən çox düşündüyü məsələ isə Viktor Osimhenin oynayıb-oynamayacağıdır. Zədəsinin müalicəsi üçün intensiv səylər göstərilsə də, nigeriyalı hücumçu cümə axşamı keçiriləcək "Frankfurt" matçına yetişməsə, alternativ planlar hazırlanıb.
İkardi sonra
Okan Buruk, fiziki gücü yüksək olan Barış Alper Yılmazı start heyətində meydana çıxara bilər. Təcrübəli məşqçi, bu planı ilə bağlı Barışa "Hazır ol" əmri verib. "Eyüpspor" matçında qol vuran İkardinin fiziki cəhətdən hələ tam hazır olmaması səbəbindən "Frankfurt"a qarşı ikinci hissədə oyuna daxil olması ehtimalı yüksəkdir. Çempionlar Liqası matçı üçün hazırlıqlar davam edir.
Oxucu Şərhləri
Şərh Yaz