İdman 03.10.2025

"Osimhen xəbəri "Qalatasaray" azarkeşlərini narahat etdi"

"Osimhen xəbəri "Qalatasaray" azarkeşlərini narahat etdi"

Qalatasaray, həftəsonu Beşiktaş ilə oynayacağı qarşılaşmanın hazırlıqlarına başlayıb.

UEFA Çempionlar Liqasında Liverpulu 1-0 hesabı ilə məğlub edən sarı-qırmızılı komanda, bir günlük istirahətdən sonra liqadakı Beşiktaş derbisinin hazırlıqlarına start verib.

KOMANDADAN AYRI MƏŞQ

Qalatasarayda Beşiktaş derbisi ərəfəsində sarı-qırmızılıları narahat edən Victor Osimhen hadisəsi yaşanıb.

Liverpul matçında zədələnən Osimhen komanda ilə məşqə çıxmayıb. Nigeriyalı ulduz, komandadan ayrı xüsusi məşq həyata keçirib.

Victor Osimhen, zədəsindən sonra Liverpul matçı ilə birlikdə ilk "11-liyə" geri dönmüş və 72 dəqiqə meydanda qalıb. Osimhen, Liverpul matçında qıcolma səbəbiylə oyundan çıxıb.

Osimhenin derbidə oynama ehtimalı tibb heyətinin verəcəyi qərardan asılıdır. Qalatasarayın tibb işçiləri futbolçunun durumunu dəqiqləşdirməyə çalışır.

Qalatasaray Beşiktaş matçına ciddi hazırlaşır.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz