Osimhen ciddi zədədən xilas oldu
Qalatasarayın nigeriyalı ulduzu Victor Osimhen şənbə günü Dünya Kuboku seçmə oyunlarında Ruanda ilə qarşılaşmada mövsümü erkən bitirə biləcək ciddi zədədən son anda xilas olub.
Oyundan sonra səhər tezdən baldırında göyərmə və güclü ağrı ilə oyanan Osimhen üçün Nigeriya tərəfindən xüsusi təyyarə göndərilib.
Eyüpspor matçında iştirak etməyəcək
İstanbulda dərhal MRT müayinəsindən keçirilən Osimhen-in vəziyyəti ilə bağlı Qalatasaray klubundan açıqlama verilib. Açıqlamada bildirilir:
"Futbol A komandamızın oyunçusu Victor Osimhen-in bu gün sponsor xəstəxanamızda aparılan müayinələrində ayaq biləyi bağlarında orta dərəcəli burxulma (gərilmə və qanama) aşkar edilmişdir. Futbolçumuzun ən qısa zamanda meydanlara qayıtması üçün lazımi müalicələrə başlanılıb."
Bu zədənin Osimhen-in təxminən 4-6 həftə meydanlardan uzaq qalması demək olduğu bildirilir.
26 yaşlı nigeriyalı futbolçunun liqada keçiriləcək Eyüpspor, Frankfurt, Konya və Alanyaspor matçlarında forma geyinməsi sual altındadır.
Oxucu Şərhləri
Şərh Yaz