Şou 12.07.2025

Ozan Doğulu "investisiya" fırıldağına düşdü, milyonlar itirdi

Ozan Doğulu "investisiya" fırıldağına düşdü, milyonlar itirdi
Tanınmış DJ və musiqiçi Ozan Doğulu, sosial şəbəkələrdə qarşısına çıxan saxta bir "Forex yatırımı" elanı ilə 12 milyon TL fırıldaqçılığın qurbanı olub. İlkin mərhələdə aldandığını anlamayan sənətçi, dələduzların təkrar pul tələb etməsi üzərinə gerçəyi dərk edərək hüquq-mühafizə orqanlarına müraciət edib.

KİBER HÜCUMDA QİYMƏTLİ VARLIQLAR XARİCİ BİRJALARA KÖÇÜRÜLDÜ

Dələduzların təklif etdiyi investisiya proqramına inanan Doğulu, külli miqdarda pul köçürməsi həyata keçirib. Kibercinayətkarlıqla Mübarizə Qruplarının ilkin araşdırmalarına əsasən, Doğulunun yatırdığı 12 milyon TL-nin beş müxtəlif xarici birjaya paylandığı müəyyən edilib.

ARAŞDIRMA BAŞLADILIB

Ozan Doğulunun şikayəti əsasında dərhal hərəkətə keçən İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsi, pulun izinə düşüb. Şübhəlilərin kimliklərinin müəyyən edilməsi və yaxalanması üçün genişmiqyaslı kiber əməliyyat başladılıb. Hazırda pulun xaricə köçürüldüyü rəqəmsal pulqabılar və platformalar üzərində texniki izləmə davam edir.

ETİBAR SİSTEMLİ ŞƏKİLDƏ SUİSTİFADƏ EDİLİB

Öyrənilənlərə görə, dələduzlar sosial şəbəkələr vasitəsilə Ozan Doğuluya etimad aşılayan peşəkar bir interfeys təqdim edib və onu sözdə investisiya məsləhətçiləri ilə əlaqələndiriblər. Bu müddət ərzində sistemli bir fırıldaqçılıq planı həyata keçirildiyi və tanınmış musiqiçinin bu üsulla inandırılaraq milyonlarla lira itirdiyi müəyyən edilib.

MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQLAR

Hadisədən sonra mütəxəssislər, xüsusilə sosial şəbəkələrdə tez-tez rast gəlinən saxta investisiya və kriptovalyuta reklamlarına qarşı vətəndaşlara xəbərdarlıq ediblər. Kiber təhlükəsizlik mütəxəssisləri “Rəsmi olmayan mənbələrdən gələn investisiya təkliflərinə qarşı diqqətli olmaq lazımdır. Heç bir ciddi investisiya şirkəti sosial media vasitəsilə fərdi hesablarla investisiya təklifi irəli sürməz” şəklində tövsiyələr veriblər. Mütəxəssislər, bu cür fırıldaqçılıq sxemlərinin yeni olmadığını və sələfi halların da mövcud olduğunu qeyd edirlər.

24 saat