Pakistanda musson yağışlarında ölənlərin sayı 321-ə yüksəldi
🎧 Audio: Bu yazı üçün səsli versiya hələ hazırlanmayıb.

Şənbə günü Pakistandan gələn son məlumatlara görə, şiddətli musson yağışlarının səbəb olduğu genişmiqyaslı daşqınlar nəticəsində ölkənin şimalında həyatını itirənlərin sayı 321-ə yüksəlib. Qeyd edək ki, bu 321 nəfərin hamısı son 48 saat ərzində dünyasını dəyişib.
Regional Fəlakət İdarəetmə idarəsinin verdiyi məlumata görə, ölümlərin böyük əksəriyyəti Hayber-Paxtunxva bölgəsində baş verib. Bu ərazidən 307 ölüm xəbəri daxil olub.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz