İdman 27.06.2025

Paul Onuachu qayıdır

Paul Onuachu qayıdır

Mövsüm başa çatdıqdan sonra heyətini gücləndirmə işlərini davam etdirən Trabzonspor, baş məşqçi Fatih Təkkenin də komandada görmək istədiyi Paul Onuachu transferini uğurla başa çatdırdı. "Bordo-mavililər" "Sauthampton" klubu ilə apardığı danışıqlarda ödəniş planı üzərində razılığa gəldi.

2023-2024 mövsümündə "Trabzonspor"da icarə əsasında çıxış edən 30 yaşlı hücumçu, 25 rəsmi oyunda 17 qol vuraraq "bordo-mavi" formada diqqətəlayiq bir çıxış nümayiş etdirmişdi. Azarkeşlərin böyük rəğbətini qazanan Paul Onuachu xüsusilə hava toplarındakı üstünlüyü və cərimə meydançasındakı effektivliyi ilə seçilirdi. Lakin "Sauthampton"a qayıtdıqdan sonra gözləntiləri doğrultmayan nigeriyalı hücumçu Premyer Liqada oyun şansı tapmaqda çətinlik çəkdi.

TƏKKƏ: SİSTEMƏ UYĞUNDUR

Trabzonsporun baş məşqçisi Fatih Təkkə əvvəlki açıqlamalarında Onuachunun oyun planlarına uyğun bir profil olduğunu bildirərək demişdi: "Onuachu bəyəndiyim bir oyunçudur və sistemimizə uyğun bir hücumçudur. Onun əvvəlki çıxışı göz önündədir".

AZARKEŞLƏR HƏYƏCANLIDIR

Paul Onuachunun yenidən "bordo-mavi" formanı geyinəcəyi xəbəri klubda böyük həyəcan yaradıb. Trabzonsporun hücum xəttinin ən təsirli siması kimi göstərilən ulduz oyunçunun həftənin əvvəlində şəhərə gələrək təlim-məşq düşərgəsinə qoşulması gözlənilir.

24 saat