Türkiyənin "Qalatasaray" futbol klubu müdafiə xəttini gücləndirmək məqsədilə "İnter"dən Benjamin Pavardı transfer etmək üçün danışıqlara başlamışdı. "İnter" bu transferə yaşıl işıq yandırmış və oyunçunun 20 milyon avro civarında bir məbləğə transfer olunmasına razılıq vermişdi.
Lakin "İnter"dən ayrılma ehtimalı yüksək olan Benjamin Pavard "Qalatasaray"ın təklifinə hələlik müsbət cavab verməyib.
## Fransalı futbolçu Türkiyəyə gəlməyə həvəsli deyilFoot Merato-nun məlumatına görə, "Qalatasaray" və "İnter" transfer məsələsində ortaq bir məxrəcə gəlməyə yaxın olsa da, fransız sağ cinah müdafiəçisi Benjamin Pavard hələlik Türkiyəyə transfer olunmaq istəmir. Pavardın Türkiyə Super Liqasında oynamaq istəməməsi transfer danışıqlarının dalana dirənməsinə səbəb olub.
Xəbərdə o da qeyd olunur ki, "Qalatasaray" "Marsilya" tərəfindən heyətdən kənarlaşdırılan Adrien Rabiot ilə də maraqlanıb, lakin ulduz futbolçu bu təklifi nəzakətlə rədd edib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz