İdman 20.11.2025

PFDK 5 kluba cərimə kəsdi

PFDK 5 kluba cərimə kəsdi

Futbol klublarına cərimə zərbəsi

Türkiyə Futbol Federasiyası Peşəkar Futbol İntizam Şurası (PFDK) bir neçə Süper Liqa komandasına maddi cərimə tətbiq edib.

Cərimə olunan klublar və məbləğlər

TFF-nin rəsmi internet səhifəsində yer alan məlumata görə, müxtəlif səbəblərdən dolayı Qalatasaray futbol klubuna 860 min lirə, Kocaelispor komandasına 650 min lirə, Beşiktaş futbol klubuna 640 min lirə, Trabzonspor futbol klubuna 220 min lirə və Göztepe futbol klubuna isə 160 min lirə məbləğində cərimə kəsilib.

Rəhbər şəxslərə tətbiq edilən cərimə sanksiyaları

İntizam şurası Kocaelispor futbol klubunun prezidenti Rəcəb Durulun "Futbolun və qurumların imicinə xələl gətirən" açıqlamalarına görə, ona 15 gün müddətinə vəzifəsindən kənarlaşdırma ilə yanaşı, 2 milyon lirə məbləğində pul cəriməsi tətbiq edib. Eyni zamanda, RAMS Başakşehir futbol klubunun idarəçisi Murat Yamanın akkreditasiyadan keçmədiyi ərazidə tapılması səbəbindən 40 min lirə məbləğində cərimələnib.

Trendyol 1. Liqada cərimələnən klublar

PFDK müxtəlif səbəblərdən Trendyol 1. Liqa komandalarından olan Sakaryaspora 440 min lirə, Sarıyerə 220 min lirə, Vanspora 27 min lirə, Serikspora 27 min lirə və Esenler Erokspora da 27 min lirə məbləğində cərimə tətbiq edib.

Texniki heyətə və oyunçulara verilən cəzalar

Cərimə olunanlar arasında yalnız klublar deyil, həm də fərdi şəxslər də var. Belə ki, Sarıyer futbol klubunun baş məşqçisi Servet Çetin 2 oyunluq diskvalifikasiya və 80 min lirə cərimə, Sarıyerin futbol oyunçusu Muhammet Ali Özbaskıcı 2 oyunluq diskvalifikasiya və 26 min 700 lirə cərimə, Sarıyer klubunun vəzifəli şəxsi Serkan Torun 1 oyunluq diskvalifikasiya və 40 min lirə cərimə, Sivasspor futbol klubunun oyunçusu Valon Ethemi 2 oyunluq diskvalifikasiya və 26 min 700 lirə cərimə, Erzurumspor FK-nın məşqçisi Ziya Akçeken 1 oyunluq diskvalifikasiya və 20 min lirə cərimə, Esenler Erokspor futbol klubunun oyunçusu Amilton 2 oyunluq diskvalifikasiya və 40 min lirə cərimə, Esenler Eroksporun baş məşqçisi Osman Özköylü isə 40 min lirə məbləğində pul cəriməsi ilə üzləşiblər.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz