Manifest qrupu "Arıyo" adlı mahnılarının 68-ci Grammy Mükafatlarında "Ən Yaxşı Pop Duo/Qrup İfası" kateqoriyasında dəyərləndirməyə qəbul edildiyini rəsmi sosial media hesabları vasitəsilə açıqlayıb. Qrup bu xəbəri böyük qürurla elan edib.
HÜQUQİ PROSESLƏR DAVAM EDİR
Qrup, musiqi hit-paradlarında qazandığı uğurlarla yanaşı, hüquqi problemlərlə də gündəmə gəlib. Kollektivin üzvləri barəsində "ədəbsiz hərəkətlər" və "nümayişkaranə davranış" ittihamları ilə istintaq başladılıb. Üzvlər ölkədən çıxış qadağası və imza öhdəliyi şərti ilə məhkəmə nəzarətinə götürülərək sərbəst buraxılıblar. Bu mübahisəli şəraitdə gələn mükafat xəbəri musiqisevərləri iki düşərgəyə ayırıb; bəzi dinləyicilər kollektivin beynəlxalq uğurunu təqdir etsə də, digərləri davam edən hüquqi müddəti xatırladaraq ehtiyatlı mövqe sərgiləyiblər.
“ARİYO” MAHNISI İLƏ DÜNYA SƏHNƏSİNƏ ÇIXIŞ
Elektron musiqinin və pop tınılarının uğurlu sintezini təqdim edən "Arıyo" mahnısı sosial mediada sürətlə yayılaraq, xüsusilə gənclər arasında qısa zamanda geniş pərəstişkar kütləsi qazanıb. Bu parça tək musiqi quruluşu ilə deyil, həm də səhnə performansları və videoklipi ilə böyük əks-səda doğurub.
Oxucu Şərhləri
Şərh Yaz