"Qalatasaray" – "Liverpul" qarşılaşmasının bilet qiymətləri açıqlandı
UEFA Çempionlar Liqasının ikinci həftəsində "Qalatasaray" öz meydanında İngiltərənin "Liverpul" klubunu qəbul edəcək. Qarşılaşma sentyabrın 30-u, saat 22:00-da baş tutacaq.
Bu möhtəşəm oyunun biletləri artıq satışa çıxarılıb. Lakin biletlərin qiymətləri futbol azarkeşlərini təəccübləndirib. Belə ki, ən bahalı biletin qiyməti 50.000 TL, ən ucuz biletin qiyməti isə 2.300 TL olaraq müəyyən edilib.
Biletlər nə vaxt satışa çıxarılır?
"Qalatasaray" klubunun rəsmi saytında yayımlanan məlumata əsasən, biletlər ilk olaraq 26 sentyabr 2025-ci il tarixində saat 16:00-da GSPlus Premium və GSPara kredit və bank kartı sahibləri üçün satışa çıxarılacaq. Daha sonra, 27 sentyabr 2025-ci il tarixində saat 14:00-da GS loqolu Passo Taraftar Kart sahibləri passo tətbiqi və passo.com.tr saytı vasitəsilə biletləri əldə edə bilərlər.
GSPlus Premium və GSPara kredit və bank kartı sahibləri biletləri 27 sentyabr saat 13:00-a qədər ala biləcəklər.
Oxucu Şərhləri
Şərh Yaz