Galatasaray heyətində daha bir ayrılıq
Türkiyənin nəhəng futbol klublarından Galatasaray heyətində daha bir futbolçu ilə yollar ayrılıb. Sarı-qırmızılı kollektiv 2022-ci ilin sentyabr ayında Danimarkanın "Aalborq" komandasından 1 milyon 750 min avro qarşılığında heyətinə qatdığı 24 yaşlı danimarkalı müdafiəçi Mathias Ross ilə müqaviləyə xitam verildiyini elan edib. Klub rəhbərliyi, bu qərarla bağlı verdiyi rəsmi açıqlamada Mathias Rossa təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayıb. Bildirilib ki, "Galatasaray forması ilə göstərdiyin əməyə görə təşəkkür edirik, Ross. Növbəti karyerində uğurlar arzulayırıq."
Mathias Ross-un uğursuz icarə dövrləri
Sarı-qırmızılı komandada oyun şansı əldə etməkdə çətinlik çəkən danimarkalı futbolçu, klubda möhkəmlənə bilmədiyi üçün əvvəlcə Hollandiyanın "NEC Nijmegen", daha sonra isə Çexiyanın "Sparta Praqa" klublarına icarəyə verilmişdi. Rossun bu icarə dövrləri də gözləntiləri doğrultmadığı üçün onunla yolların ayrılması qərarı qəbul edilib.