İdman 28.07.2025

Qalatasaray qapıçı axtarır

Qalatasaray qapıçı axtarır
Galatasaray qapıçı axtarışlarını sürətləndirib. Transferdə üç ad önə çıxır: Ederson, Sommer və Donnarumma.

Qapıçı transferində Ederson ön planda

Burnleydən Ceyms Traffordu alması ilə Mançester Sitidə gözdən düşən Ederson favoritdir. 31 yaşlı braziliyalı oyunçu, 6 milyon avro maaş və 2 milyon avro bonusla razılaşıb.

15 milyon avro tələb edən Mançester Siti ilə aparılan danışıqlarda rəqəm 10 milyona endirilib. Hazırda ən real variant budur. İkinci sırada Yann Sommerin adı qeyd olunub. İnterlə daha 1 illik müqaviləsi var. Ancaq pulsuz ayrıla bilər. 8 milyon avro maaşla 1+1 müqaviləni qəbul edib. 36 yaşında olması Okan Buruku düşündürsə də, təcrübəsi onu siyahıda "plase" edir.

Təcrübəli qapıçı variantı: Yann Sommer

Yann Sommer transferi, təcrübəli qapıçı axtarışında olan Galatasaray üçün əhəmiyyətli bir alternativdir. Onun İnter ilə olan müqaviləsi və potensial transfer şərtləri diqqətlə dəyərləndirilir.

Donnarumma üçün şanslar azalır

Okan Burukun ürəyində Gianluigi Donnarumma var. İtalyan menecer Qardi, "Edersondan bir az daha yüksək maliyyətlə ala bilərik" desə də, italyan qolkiperinin gəlməsi hazırda çətindir. PSJ-nin Lille ilə Şevalye üçün böyük ölçüdə razılaşması ümid yaradıb. 1 il daha müqaviləsi olan Donnarumma satış siyahısına qoyularsa, bütün imkanlar səfərbər olunacaq.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz