"Survivor 2025" qalmaqalları davam edir
Ademin çempionluğu ilə başa çatan Survivor 2025 televiziya şousundan sonra ortaya atılan eşq iddiaları cəmiyyətdə geniş müzakirələrə səbəb olmaqda davam edir. Daha əvvəl Efecan və Yağmur arasında “qadağan olunmuş eşq” yaşadığı deyilən xəbərlərdən sonra Efecan həyat yoldaşı Duyğu ilə boşanmışdı. Oxşar bir iddia isə məhz Survivor 2025 yarışmasının diqqət çəkən simalarından olan Yusuf Yıldız və Sevgi haqqında ortaya atılmışdı.
Yusuf Yıldız və Sevgi ilə bağlı yayılan “qadağan olunmuş eşq” xəbərləri sosial mediada böyük səs-küyə səbəb olmuşdu. Lakin həm Yusuf, həm də Sevgi bu iddiaları təkzib edərək aralarında belə bir münasibətin olmadığını bildirmişdilər.
Yusuf Yıldız: "Evliliyimizi sonlandırdıq"
Bütün bu iddialardan sonra Yusuf Yıldız həyat yoldaşı Rümeysa Çelikdən boşandığını rəsmi şəkildə açıqlayıb. Boşanma xəbərini sosial media hesabından yayan Yusuf Yıldız qeyd edib ki, "zamanla həyata dair gözləntilərimizin fərqləşdiyini gördük". O, qərarın qarşılıqlı alındığını və bu prosesin başından bəri qarşılıqlı hörmət və anlaşma çərçivəsində irəlilədiyini vurğulayıb.
Yıldız öz açıqlamasında deyib: "Bugünkü gündən etibarən Rümeysa Çelik ilə olan evliliyimizi qarşılıqlı hörmət, anlaşma və ortaq qərarla başa çatdırmışıq. Zamanla həyata dair gözləntilərimizin və prioritetlərimizin fərqləşdiyini gördük və yollarımızı ayırmaq qərarına gəldik."
Şou iştirakçısı əlavə edib: "Bu prosesin əvvəlindən etibarən qarşılıqlı nəzakətlə irəlilədiyini, bundan sonra da eyni hörmətin qorunacağını ictimaiyyətin nəzərinə çatdırırıq. Dəstək olan hər kəsə təşəkkür edirik. Aldığımız bu ortaq qərarla bağlı izləyicilərimizdən də anlayış gözləyirik. Hörmətlərimizlə."