İdman 16.11.2025

Rafa Silva Portuqaliyada arzuolunmaz elan edildi

Rafa Silva Portuqaliyada arzuolunmaz elan edildi
Beşiktaşda son vaxtlar Rafa Silva ətrafında yaşananlar klub rəhbərliyini hərəkətə keçirib. Braziliyalı oyunçunun komandadan ayrılmaq istəyi ilə bağlı xəbərlər gündəmdən düşmür.

'Rafa Silva' mətbuat konfransı

Əvvəlcə Rafa Silvanın futbolu tərk etmək istədiyi iddia edilsə də, meneceri bu xəbəri təkzib edərək, onun karyerasına davam edəcəyini bildirib. Lakin 32 yaşlı yarımmüdafiəçinin Beşiktaşdakı ruh düşkünlüyü o həddə çatıb ki, klub prezidenti Sərdar Adalı və baş məşqçi Sergen Yalçın, futbolçunun hazırkı durumu ilə bağlı ictimaiyyətə məlumat vermək üçün mətbuat konfransı keçirmək məcburiyyətində qalıblar.

Həmişə sakit təbiəti ilə seçilən Rafa Silva isə menecerlik şirkəti vasitəsilə yaydığı bəyanatda, Beşiktaşın məqsədlərinə inanaraq transfer olduğunu, lakin klubdakı qeyri-sabitlik, tez-tez baş verən idarəetmə və məşqçi dəyişikliklərinin onu yorduğunu, prezident Sərdar Adalının "Komanda yoldaşlarından daha çox iti ilə vaxt keçirir" sözlərindən mənfi təsirləndiyini bildirib.

Bəyanatda Türkiyədə Beşiktaşdan başqa heç bir komandada oynamayacağını vurğulayan Rafa Silva, klubdan ayrılmaq üçün bütün alacaqlarından imtina etməyə hazır olduğunu da qeyd edib.

Portuqaliyada arzuolunmaz adam elan edildi

Mətbuatda Rafa Silvanın adı ən çox keçmiş klubu olan Benfika ilə hallansa da, azarkeşlər bu ehtimala o qədər də müsbət yanaşmırlar. X (Twitter) sosial şəbəkəsində "CabineDesportiva" adlı hesabın paylaşımına Benfikalı azarkeşlər tərəfindən bir çox mənfi rəy yazılıb. Həmin şərhlərdən bəziləri belədir:

- "İllik xərci 6-7 milyon avro olmalıdır. Bəlkə də ən yaxşısı uzaq durmaqdır. Düşünürəm ki, Rafa Silva depressiyadadır."

- "Benfikadan pulsuz ayrılmaqda israr edən və kluba bir qəpik də qazandırmayan bu 'diva'nın geri dönməsi üçün indi yalvaracağıqmı?"

- "Rafa Silvanı boş verin, dostum. Boş insanlar tərəfindən tanrılaşdırılan vasat bir oyunçu. Adam pulsuz gedir, müqaviləsini yeniləmək istəmədi, azarkeşləri əli ilə itələdi və hələ də geri dönməsi istənilir? Bir imza pulu daha alması üçünmü?"

- "Bu uşaq hər zaman 'sıradışı' bir quruluşda idi."

- "Rafa Silva unutdu ki, Beşiktaşın prezidenti Vieira və ya Rui Kosta deyil. Artıq oynadığı klubun şərəfli bir prezidenti var."

- "Beşiktaş prezidenti yüzdə 100 haqlıdır. Bir oyunçunun sırf istəmədiyi üçün müqavilə öhdəliklərini yerinə yetirməməsi nə qədər saçmadır... Rafa Silva bu cür ədəbazlıqlarda çox təcrübəlidir."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz