İdman 14.11.2025

Rafa Silva transferə yaxınlaşır

Rafa Silva transferə yaxınlaşır
Beşiktaşda çıxış edən sabiq Benfikalı futbolçu Rafa Silvanın qara-ağlardan ayrılması məsələsi yaxınlaşır. Klub, oyunçunun vəziyyətinə aydınlıq gətirmək məqsədilə 15 Noyabr Şənbə günü mətbuat konfransı keçirəcəyini açıqlayıb. Toplantıda klub prezidenti Sərdal Adalı və baş məşqçi Sergen Yalçın iştirak edəcək.

Rafa, ötən mövsüm Benfika ilə yollarını ayırdıqdan sonra pulsuz olaraq Beşiktaşa transfer olmuşdu. Lakin klubda baş məşqçi Sergen Yalçınla yaşadığı problemlərdən sonra, oyunçunun komandadan ayrılmaq istədiyi iddiaları güclənib.

BENFİKA İLƏ GÖRÜŞMƏ DAVAM EDİR

Portuqaliya mətbuatında yer alan xəbərə görə, Benfika prezidenti Rui Kosta oyunçunun durumunu yaxından izləyir. Rafanın sərbəst qalması halında, ulduz futbolçunun yanvar ayında keçmiş klubuna qayıtma ehtimalı çox yüksəkdir. Benfika rəhbərliyi, onun oyun tərzinin baş məşqçi Joze Mourinyonun sisteminə olduqca uyğun olduğunu düşünür. Yenidən prezident seçilən Rui Kostanın azarkeşlərə ilk hədiyyəsi Rafa Silva olacaq. Klub prezidenti, sabiq ulduzu ilə görüşmə halındadır.

Rafa Silva, 2023-cü ilin yayında Benfikanı tərk edərkən, qərarının maddi deyil, şəxsi səbəblərə bağlı olduğunu açıqlamışdı. Lakin indi şərtlər dəyişib. Müqaviləsi davam etməsinə baxmayaraq, oyunçunun ayrılmaq istəməsi, sərbəst qalma prosesini sürətləndirə bilər.

RAFANIN ÇIXIŞI YÜKSƏK QiYMƏTLƏNDİRİLİR

Beşiktaş formasıyla indiyədək 65 oyunda 23 qol və 15 asist edən Rafa Silva, komandanın ən məhsuldar hücum oyunçularından biri olub. Oyunçunun bonservissiz bir şəkildə Benfikaya geri dönmə ehtimalı, Portuqaliya klubu üçün əhəmiyyətli bir fürsət olaraq dəyərləndirilir.

Rafanın, Benfikada yenidən forma geyməsi halında klubun ən çox forma satılan oyunçularından biri olacağı təxmin edilir. Xüsusilə Benfika azarkeşləri, 27 nömrəli sabiq ulduzlarını təkrar komandalarında görməyi səbirsizliklə gözləyir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz