İdman 01.07.2025

Reaksiyaların ardınca Hakan Çalhanoğlunun həyat yoldaşından qalmaqallı paylaşım

Reaksiyaların ardınca Hakan Çalhanoğlunun həyat yoldaşından qalmaqallı paylaşım
FİFA Klublararası Dünya Kubokunun 1/8 final mərhələsində "Fluminense"yə məğlub olan "İnter" turnirlə erkən vidalaşıb.

Çalhanoğlu hədəfdə

Qarşılaşmadan sonra açıqlamalar verən Argentinalı ulduz futbolçu Lautaro Martínez, son günlər adı "Qalatasaray"la hallanan milli futbolçu Hakan Çalhanoğlunu tənqid edib.

Lautaro Martínez qeyd edib: "Biz bura əlimizdən gələni etmək üçün gəlmişik, lakin xoşuma gəlməyən çox şey gördüm. Mən bu komandanın kapitanıyam, lideriyəm, danışmalıyam. Mesajım aydındır: qalmaq və böyük kuboklar uğrunda mübarizə aparmaq istəyənlər qalsın, digərlərinə əlvida."

Məsələ ilə bağlı "İnter"in prezidenti Cüzeppe Marotta da açıqlama verib: "Lautaro Martínezin qalmaq istəməyən oyunçulara mesajı nə idi? O, bunu demədi... amma mən deyəcəyəm. Bu, Hakan Çalhanoğlu üçündü."

Həyat yoldaşından dəstək paylaşımı

Hadisəyə gələn reaksiyalardan sonra Hakan Çalhanoğlunun həyat yoldaşı Sinem Çalhanoğlu sosial şəbəkədə paylaşım edib. O, Hakan Çalhanoğlunu paylaşımında qeyd edərək "Yaxşı qəlbə sahib olduğun üçün peşman olma! Bütün yaxşı şeylər geri dönür və qatlanaraq çoxalır. Sənə yox, sənin ehtiyaclarına sadiqdilər. Ehtiyacları dəyişdikdə sədaqətləri də dəyişir" ifadələrini işlədib.

24 saat