Kenan Yıldız və Real Madrid arasında transfer iddiaları
Türkiyənin gənc istedadı, hazırda "Yuventus"da çıxış edən Kenan Yıldızın Arda Gülerlə eyni komandada çıxış etməsi ehtimalı artır.
Xabi Alonso Kenan Yıldızı heyətində görmək istəyir
Real Madridin baş məşqçisi Xabi Alonso, Kenan Yıldızı komandasında görmək üçün klub rəhbərliyinə müraciət edib. İspaniyalı mütəxəssisin gənc oyunçunun potensialını yüksək qiymətləndirdiyi bildirilir.
"Kral klubu"ndan yüz milyonluq təklif gözlənilir
İddialara görə, Real Madrid yaxın zamanlarda Vinisius Juniorla yollarını ayırmağa hazırlaşır. Bu səbəbdən klub, Kenan Yıldızı transfer etmək üçün hərəkətə keçib. İspaniya nəhənginin bu transfer üçün "Yuventus"a 100 milyon avro dəyərində təklif göndərməyə hazırlaşdığı bildirilir. Həmçinin, Kenan Yıldızla İngiltərə klubları "Çelsi", "Arsenal" və "Mançester Yunayted"in də yaxından maraqlandığı qeyd olunur.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz