Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Cristiano Ronaldo, CNN İnternational-a verdiyi müsahibədə futbolu nə zaman buraxacağı sualına "tezliklə" cavabını verib. Ronaldo bu kəlmənin mənasının "1 və ya 2 il içində" olduğunu açıqlayıb.
Özünü yaxşı hiss etdiyini bildirən 40 yaşlı futbolçu, "Qol vururam, hələ də sürətli və formada hiss edirəm. Milli komandadakı oyunumdan həzz alıram. Futbolu buraxma zamanı deyərkən, yəqin ki, bir və ya iki ili nəzərdə tuturam" deyib.
## Dünya Kuboku 2026 Ronaldo üçün sonuncu olacaq2026 Dünya Kubokunun onun üçün son dünya kuboku olacağını deyən Ronaldo, 25 ildir futbolun içində olduğunu, klublar və milli komandalar səviyyəsində bir çox rekorda sahib olduğunu və bundan da qürur duyduğunu bildirib.
Ata olmağın gətirdiyi çətinliklərdən də bəhs edən Ronaldo bunları qeyd edib:
"İnsanoğlu olaraq, heç kimin bizdən daha yaxşı olmasını istəmərik, amma onu deməliyəm ki, əgər övladlarım məndən daha yaxşı olarsa, onları heç vaxt qısqanmayacağam. Futbol oynamaq və ya başqa bir idman növü ilə məşğul olmaq istəmələri əhəmiyyətli deyil."

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz