Dünya 30.07.2025

Rusiya zəlzələsi: Yapon Baba Vanqa'nın dəhşətli kehanəti gerçəkləşdimi

Rusiya zəlzələsi: Yapon Baba Vanqa'nın dəhşətli kehanəti gerçəkləşdimi
Kamçatka yarımadası sahillərində 30 iyul tarixində baş verən 8.8 bal gücündəki şiddətli zəlzələ Sakit okean hövzəsində sunami xəbərdarlığına səbəb oldu. Yaponiyanın şimal sahillərində də hiss olunan dalğalar, böyük bir təbii fəlakət qorxusunu yenidən gündəmə gətirdi. Lakin bu təkan, illər əvvəl nəşr olunmuş və diqqət çəkən bir yapon manqa əsərini yenidən sosial medianın mərkəzinə gətirdi.

FƏLAKƏT TƏXMİNİ DƏQİQ ÇIXDI?

1999-cu ildə rəssam Ryo Tatsuki tərəfindən qələmə alınan "Watashi ga Mita Mirai" (Gördüyüm Gələcək) adlı manqa, 2025-ci ilin iyulunda böyük bir fəlakət yaşanacağını proqnozlaşdırırdı. Xüsusilə 5 iyul tarixi bir çox izləyici tərəfindən kritik bir gün olaraq qeyd edilmişdi. Həmin tarixdə gözlənilən hadisə baş vermədiyi üçün kehanətin doğru olmadığı düşünülürdü. Lakin Kamçatka bölgəsindəki sonuncu təkanla birlikdə, "Təxmin bir neçə həftəlik sapma ilə də olsa doğru çıxdı" şərhləri yenidən populyarlıq qazandı.

KRİTİK HADİSƏLƏRİ ÖNCƏDƏN BİLMƏSİ

Ryo Tatsukinin manqa əsəri, təkcə bu hadisə ilə deyil, keçmişdə şahzadə Diana və Freddi Merkurinin ölümü, 2011-ci il Tohoku zəlzələsi və sunami hadisəsi, eləcə də COVID-19 pandemiyası kimi bir çox kritik hadisəni əvvəlcədən xəbər verdiyi iddiası ilə tanınır. Buna görə də o, "Yaponiyanın yeni Baba Vanqası" olaraq adlandırılır. Zəlzələ və sunami xəbərdarlıqlarından sonra sosial media platformalarında "Ryo Tatsuki yenə bildi" paylaşımları sürətlə yayıldı. Bəzi istifadəçilər kehanətin dəqiq tarixini verməsə də, zamanlamanın təəccüblü dərəcədə yaxın olduğunu iddia etdilər. Digər tərəfdən, bu cür spekulyativ proqnozların insanların təbii hadisələrə qarşı hazırlıq bilincini artıra biləcəyi də müzakirə edildi.

BİLİMİ DAYANAĞI OLMAYAN İDDİALAR

Digər tərəfdən, elm adamları bu cür iddialara ehtiyatla yanaşılması lazım olduğunu bildirdi. Yaponiya Meteorologiya Agentliyi və Tokio Universiteti kimi səlahiyyətli qurumlar, yer titrəyişlərinin əvvəlcədən təxmin edilməsinin mövcud texnologiya ilə mümkün olmadığını və bu cür kehanətlərin tamamilə spekulyativ xarakter daşıdığını vurğuladı. Tokio Universitetindən professor Robert Geller, "Təbii fəlakətlər elmi məlumatlarla izlənir, kehanətlərlə deyil" deyərək, cəmiyyətdə çaxnaşmaya səbəb ola biləcək əsassız məlumatların yayılmaması lazım olduğunu qeyd etdi.

KEHANƏTİN TƏSİRLƏRİ

Kehanətin gündəmdə olduğu dövrlərdə Yaponiyaya turizm rezervasiyalarında azalma müşahidə olunmuşdu. Bəzi aviaşirkətlər uçuşları ləğv etdi. Tətilini planlaşdıranlar, qeyri-müəyyənlik və qorxular səbəbindən səyahətlərini təxirə salmışdı. Rəsmi qurumlar isə ictimaiyyəti sakit olmağa çağırarkən, təbii hadisələrə qarşı hazırlıqlı olmağın əhəmiyyətini bir daha xatırlatmışdı.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz