Van Nistelrooy Leicester Citydən ayrıldı
Klubun rəsmi internet səhifəsindən verilən son məlumata görə, 2024-cü ilin noyabrında komandanın sükanına keçən 48 yaşlı niderlandlı futbol mütəxəssisi Rud Van Nistelrooy ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Bu qərar tərəflərin gələcək strategiyaları nəzərə alınaraq qəbul edilib.
Niderlandlı çalışdırıcı verdiyi açıqlamada keçmiş klubuna və azarkeşlərə dərin təşəkkürlərini bildirib. O, sözlərində "Klubda fəaliyyət göstərdiyim müddətdə göstərdikləri peşəkarlıq və fədakarlıq üçün Leicester Citynin bütün oyunçularına, məşqçilərinə, akademiyasına və birlikdə çalışdığım heyətə, həmçinin dəstəkləri üçün sadiq azarkeşlərə şəxsən təşəkkür edir, bu fürsətdən istifadə edərək kollektivə gələcək üçün ən xoş arzularımı çatdırmaq istəyirəm" deyə vurğulayıb. Bu ayrılığın dostcasına baş verdiyi qeyd olunur.
Qeyd edək ki, Leicester City İngiltərə Premyer Liqasında tarixində ilk və yeganə çempionluğunu 2015-2016 mövsümündə qazanmışdı. Lakin komanda ötən mövsümün sonunda göstərdiyi uğursuz nəticələrə görə Çempionşipə düşərək pərəstişkarlarını məyus etmişdi. Bu gedişatda məşqçi dəyişikliyi qaçılmaz idi.