Şəvval Samdan evlilik açıqlaması
Sənətçi Şəvval Sam radio proqramlarından birinə qonaq olaraq dinləyicilərdən gələn sualları cavablandırıb. Ona "Bir daha evlənərsinizmi?" sualı ünvanlanıb.
Beşiktaşın əfsanəvi futbolçusu Metin Tekinlə 1993-1999-cu illərdə evli olan və 28 yaşlı oğlu Taro Emir Tekin olan sənətçi bu sualı belə cavablandırıb:
"Xeyr. Mən evlilik mövzusunda öz həyatımda ona qarşıyam. Bəzi insanlar və quruluşlar evlilik anlayışına çox uyğundur. Mənim həyatımda belə bir hekayə sınaqdan keçdi, lakin təsdiqini tapmadı. Artıq mümkün deyil. Bir dəfə evləndim. Dünya gözəli bir oğlum var, o da 28 yaşındadır. Bu yaşdan sonra iqtisadi cəhətdən heç kimə ehtiyacım yoxdur, heç kimin soyadına ehtiyacım yoxdur, heç kimə sübut edəcəyim bir şey yoxdur. Eyni evə köçsək, o sevgi sona çatar. Sevginin özü daha gözəldir."
Münasibətlərə fərqli baxış
Sənətçi Şəvval Sam-a, "Ümumiyyətlə, eyni sahədən olan insanlarla münasibət qurursunuz, yoxsa qarşınızdakı insanda müəyyən bir status və ya xüsusiyyət axtarırsınızmı?" sualı verilib.
O, bu suala belə cavab verib: "Elə bir prototip yoxdur. Bir çox fərqli parametr var. Bəzən həyatınıza elə biri daxil olur ki, ehtiyacınız olan bütün elementləri özündə daşıyır. Bu münasibət prosesində müəyyən təcrübələr yaşayır, öyrənir, dəyişib-dönürsən. İnsanlar bir-birlərinin həyatındakı missiyalarını tamamladıqda vidalaşa bilirlər. İnsan çox kompleks bir quruluşdur. Biz qüsurlu bir varlığıq. Həyatımız bu səbəbdən təkamül üzərində qurulub. Yəni daima özümüzü inkişaf etdirməyə borcluyuq. Şüur aləmimizi davam etdirmək məcburiyyətindəyik. Yaralarımızı sarmaq, travmalarımızı sağaltmaq, xarakterimizi formalaşdırmaq zorundayıq. Münasibətlərin də eynilə bunun kimi missiyaları olur. 'Daha çox bu tiplər' kimi meyarlarım yoxdur."