İdman 17.08.2025

Samsunsporun forması Afinada səs-küyə səbəb oldu

Samsunsporun forması Afinada səs-küyə səbəb oldu
UEFA Avropa Liqasının pley-off mərhələsində Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq Türkiyənin "Samsunspor" komandasının, səfərdə keçiriləcək ilk oyuna Atatürk formaları ilə çıxmaq istəyi Yunanıstanda geniş rezonans doğurmuşdu.

Yunan mediasının reaksiyası

Yunanıstan mətbuatı, sözügedən formanın "təxribatçı" olduğunu iddia edərək narazılığını ifadə etmişdi. Bundan əvvəl, Yunan klubunun rəsmilərinin formanın "provokativ" xarakter daşıdığını və bunun qarşısını almaq üçün UEFA-ya müraciət edəcəyi bildirilirdi.

"Atmosferi gərginləşdirməyə ehtiyac yoxdur"

"Samsunspor" komandası, Mustafa Kamal Atatürkün 19 may 1919-cu ildə Samsuna gəlişinə həsr olunmuş "Yol göstərən bir cüt göz" şüarı ilə xüsusi bir forma hazırlamışdı. Üzərində Atatürkün gözlərinin təsvir olunduğu bu formanı, "Samsunspor"un Yunanıstanda "Panatinaikos" ilə oyunda geyinmək istəməsi Afinada etirazla qarşılanmışdı.

Mustafa Kamal Atatürk

Məsələ ilə bağlı "Samsunspor"un prezidenti Yüksəl Yıldırım "Beyaz Futbol"a açıqlama verib.

Atmosferi gərginləşdirməyə ehtiyac olmadığını qeyd edən Yıldırım, "Panatinaikos" ilə Afinada keçiriləcək oyuna qırmızı-ağ forma ilə çıxacaqlarını bildirib: "Atmosferi gərginləşdirməyə ehtiyac yoxdur".

Qaradəniz təmsilçisi, avqustun 21-də qarşılaşmanın ilk oyununda "Panatinaikos"un qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz