İdman 27.06.2025

Serdar Topraktepe-nin ağır günü

Serdar Topraktepe-nin ağır günü

Ayhan Topraktepe Son Mənzilə Yola Salındı

Beşiktaş futbol komandasının köməkçi məşqçisi Serdar Topraktepenin böyük qardaşı, dünyasını dəyişən Ayhan Topraktepe bu gün son mənzilə yola salınıb. Mərhum üçün Avcılar Dənizköşklər Cümə məscidində günorta namazı vaxtı cənazə namazı qılındı.

Mərasimdə idman dünyasının tanınmış simaları və Topraktepe ailəsinin yaxınları iştirak edib. Beşiktaş Klubunun prezidenti Serdal Adalı, Türkiyə Futbol Federasiyasının keçmiş sədr müavini Ceyhun Qazancı, Ümid Milli Komandasının baş məşqçisi Egemen Korkmaz, eləcə də tanınmış məşqçilər Orhan Ak, Öndər Karaveli və Rza Çalımbay, "qara-ağlılar"ın futbolçusu Emrecan Terzi də mərhuma son hörmətini bildirmək üçün orada olublar.

Cənazə namazından sonra Ayhan Topraktepe'nin nəşi Böyükçəkməcə Yeni Qəbiristanlığında torpağa tapşırılıb. Bu ağır itki münasibətilə ailəyə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

24 saat