İdman 18.11.2025

Sergen Yalçına anjiyo edildi

Sergen Yalçına anjiyo edildi

Sergen Yalçın uğurlu əməliyyat keçirdi

Türkiyənin tanınmış futbol klubu "Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın bu gün səhər saatlarında uğurlu anjio əməliyyatı keçirib. Klub rəsmi internet saytında bu barədə məlumat yayımlayıb.

Klubdan Sergen Yalçınla bağlı açıqlama

"Beşiktaş" klubu Sergen Yalçının səhhəti ilə bağlı rəsmi açıqlama verib. Açıqlamada deyilir: "Texniki direktorumuz Sergen Yalçın bu səhər müvəffəqiyyətlə anjio əməliyyatı keçirib. Sergen Yalçının ən qısa zamanda sağlığına qovuşmasını arzu edir, ona tezliklə sağalmasını diləyirik".

Tamamilə tıxanmış damara stent qoyulub

Əməliyyat zamanı Sergen Yalçının tamamilə tıxanmış damarına stent yerləşdirilib. Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər. 53 yaşlı məşqçi bu gün xəstəxanada nəzarət altında saxlanılacaq. Gözlənilir ki, o, çərşənbə axşamı evə buraxılacaq.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz