Şou 07.07.2025

Şeyma Subaşı ad gününü model sevgilisi ilə Bodrumda qeyd etdi

Şeyma Subaşı ad gününü model sevgilisi ilə Bodrumda qeyd etdi

Şeyma Subaşı: Keçmiş Münasibətlər və Yeni Sevgi

Şeyma Subaşı teleaparıcı Acun Ilıcalı ilə yaşadığı münasibətlərlə ictimaiyyətə tanındı. Cütlüyün qızı Melisa 2013-cü ildə dünyaya gəldi. Sevgilərini 2017-ci ildə evliliklə möhkəmləndirən cütlük, 2018-ci ildə yollarını ayırdı.

2021-ci ildə isə o, misirli Mohamed Alsaloussi ilə gündəmə gəldi. Dəbdəbəli tətillər, evlilik təklifləri və sürpriz nişan sonrası, 2023-cü ildə Mərakeşdə ailə qurdular. Lakin bu birlik də uzun sürmədi; cütlük 2023-cü ilin sonunda boşandı.

Son bir ildir ki, Şeyma Subaşı braziliyalı model Marlon Teixeira ilə xoşbəxt bir münasibət yaşayır. O, bir proqramda sevgilisi haqqında "Həyatımın sonuna qədər saxlayacağım insan odur. Ruhumuz evlidir" ifadələrini işlətmişdi. Yanvar ayında İstanbulda, may ayında isə Kapadokyada sevgilisini qonaq etmişdi.

Marlon Teixeira ilə Ehtiraslı Anlar Bodrumda

Bu dəfə Şeyma Subaşı Marlon Teixeiranı Bodruma dəvət etdi. Kolumbiyanın Corona adasından Bodruma gələn Teixeira, keçən şənbə günü sevgilisinin 35-ci ad gününü qeyd etdi. Şeyma Subaşı, Marlon Teixeira ilə öpüşərkən çəkdirdikləri şəkli Instagram hesabında paylayıb.

24 saat