Bu gün YouTube və Spotify kimi platformalarda təqdim olunan Paşa Gönül Şarkıları albümündə sənətçinin həm yeni bəstələri yer alıb, həm də keçmişdə fərqli ifaçılar tərəfindən səsləndirilmiş mahnılarını bu dəfə Sezen Aksunun ifasında dinləmək mümkündür.
Albümdəki "Sen Ağla", "Ey Aşk", "Bahçe" və "Linç" adlı mahnılar sosial şəbəkələrdə ən çox müzakirə olunan əsərlər sırasında yer alıb.
İlk Mahnıdakı Detal
Maraqlıdır ki, albümdəki ilk mahnı "Linç"dir və o, "Nə uşaqlar gördüm, heç böyümədilər, nəfəsləri qışqırıq idi, heç eşidilmədilər. Uşaqlar günahkardır, hər biri murdar piç. Bir əhəmiyyətləri yox idi, böyükləri çox idi" sözləri ilə başlayır.
Əvvəllər Gülbən Ergenin ifa etdiyi "Nanik", Cenk Erenin səsləndirdiyi "Şuh Nefes" və Ləvənt Yüksəllə özdeşləşən "Abanoz'dakı Əminə", Fərdi Tayfurun ifası ilə tanınan "Bana Sor" da Sezen Aksunun səsi ilə albümdə yer alıb.
Albümun təqdimat vizualları fotoqraf Osman Yalın tərəfindən çəkilib, üz qabığının dizaynı isə Əli Tarana məxsusdur.
2017-ci ildə "Biraz Pop Biraz Sezen" adlı albüm çıxaran Sezen Aksu, 2018 və 2022-ci illərdə də "Demo" və "Demo 2" adlı kolleksiyalarında digər musiqiçilərə verdiyi mahnılarını özü ifa etmişdi.