Bir neçə gün əvvəl hava limanında əl-ələ görüntülənərək eşqlərini elan edən cütlük
magazin dünyasında böyük təəccüb doğurmuşdu. Bu təəccübün əsas səbəbi isə
Ece Erkenin illər əvvəl
Sinan Akçılı qonaq etdiyi bir verilişdə ona "eniştem" (qayınım) deyərək sarılması idi. Bu görüntülərin yenidən gündəmə gəlməsi ilə bağlı
Ece Erken uzun bir açıqlama yayaraq, "Bırakın da mutlu olayım" ("Qoyun da xoşbəxt olum") demişdi.
Bütün tənqidlərə rəğmən xoşbəxtliyini müdafiə edən və
sosial mediada foto paylaşan
Ece Erkenin qısa müddət sonra
Sinan Akçılı izləmədən çıxması yeni bir təəccübə səbəb olmuş və ayrılıq iddialarını gündəmə gətirmişdi. Səbirsizliklə gözlənilən açıqlama isə
Sinan Akçıldan gəldi.
'ÜÇ GÜN SÜRDÜ DEYƏRƏK HƏQİQƏTDƏN XƏBƏRSİZ OLANLAR...'
Ayrılığı təsdiqləyən
Sinan Akçıl,
Ece Erkenə təriflər yağdırarkən, onu tənqid edənlərə də kəskin sözlərlə cavab verdi. O, "Münasibətləri üç gün çəkdi deyərək həqiqətdən xəbərsiz olanlar, Ece üç gün davam edəcək bir münasibətə layiq deyil, bu birincisi, iki aydır davam edən bu birlik bəzi fikir ayrılıqları səbəbiylə sona çatmış ola bilər," deyərək münasibətlərinin iki ay davam etdiyini və bəzi fikir ayrılıqları səbəbindən bitdiyini qeyd etdi.
Sinan Akçıl Ece Erkeni tənqid edənlərə ünvanladığı sözlərində "Ona 'enişteci' deyərək 'yalan' söyləyən axmaqlar, 'böhtan' atıb keçmiş mövzuları gündəmə gətirənlər, münasibətə qarşı çıxan bəzi fan qrupları çox rahatlamasınlar" ifadələrini işlətdi.
Akçıl açıqlamasının davamında
Ece Erkeni hər zaman yaxşı xatırlayacağını vurğulayaraq, "Ən əvvəl bu möhtəşəm ananı və uğurlu qadını hər zaman çox gözəl xatırlayacağam. Uğurlu və öz ayaqları üzərində duran qadınları danışmaq yerinə qiymətləndirək," dedi.
Sinan Akçıl açıqlamasını, "Rusların gözəl bir sözü var, ölkəmizdəki bəzi tiplərə də çox uyğundur: 'Qeybət cəsarət tələb etmir'" deyərək tamamladı. Məşhur müğənni bu açıqlamasını qısa müddət sonra sosial media hesabından sildi.
ECE ERKENDƏN DƏ BİR PAYLAŞIM GƏLDİ
Sinan Akçılın ayrılıq açıqlamasından sonra
Ece Erken də bir paylaşım etdi. Məşhur aparıcı paylaşımında, "Keyfimi pozan kimsəni istəmirəm, narahatlıq verən heç bir hadisənin içində olmaq istəmirəm, mənə yaxşı gəlməyən insanlarla bir arada qalmaq istəmirəm. Xaosdan, pislikdən, təhrikdən çox bezdim… Yaşasın öz halında olmaq, yaşasın sakitlik…" dedi.
24 saat