Dünya 01.08.2025

Sloveniya İsraillə silah ticarətini qadağan etdi

Sloveniya İsraillə silah ticarətini qadağan etdi

Sloveniya hökuməti, İsrailin Qəzza zolağına qarşı davam edən hücumlarına cavab olaraq yeni bir siyasi addım atıb. Bu addım çərçivəsində, ölkə İsraillə bütün silah ticarətini qadağan etdiyini elan edərək, bu cür qərarı verən ilk Avropa İttifaqı dövləti olub.

Ljublyana rəsmilərindən verilən açıqlamada vurğulanıb ki, Avropa İttifaqının daxili fikir ayrılıqları və parçalanma səbəbindən bu mövzuda konkret tədbirlər görə bilməməsi fonunda, Sloveniya müstəqil şəkildə hərəkət edib. Bəyanatda, Qəzza zolağında humanitar yardımların qəsdən əngəlləndiyinə və bunun nəticəsində insanların həlak olduğuna diqqət çəkilib. Qeyd olunub ki, Qəzza üçün hərəkətə keçmək hər bir məsuliyyətli dövlətin borcudur. Həmçinin, 2023-cü ilin oktyabr ayından etibarən Tel-Əvivə hərbi silah və avadanlıq ixracı üçün heç bir icazə verilmədiyi də bildirilib.

İsrailin Nazirləri Arzuolunmaz Şəxs Elan Edilib

Bir neçə həftə əvvəl də Sloveniya Avropa İttifaqı ölkələri arasında bir ilkə imza ataraq, iki ifrat sağçı nazirini "arzuolunmaz şəxs" elan etmişdi. Ölkə hökuməti, Baş nazir Binyamin Netanyahunun əsas koalisiya tərəfdaşları olan Maliyyə naziri Bezalel Smotriç və Milli Təhlükəsizlik naziri İtamar Ben Qviri sərhədlərinə girişinə qadağa qoyaraq bu statusu vermişdi. Rəsmilər, ifrat sağçı nazirləri soyqırım həddinə çatan bəyanatlar verməkdə, zorakılığı və Fələstinlilərin insan haqlarının ciddi şəkildə pozulmasını təşviq etməkdə ittiham etmişdi.

Digər tərəfdən, 2024-cü ilin iyun ayında Sloveniya parlamenti İrlandiya, Norveç və İspaniyadan sonra Fələstin dövlətini tanıyan qərar qəbul etmişdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz