Süper Liqdə Yay Transfer Coşqusu: Bütün İmzalar Açıqlandı
Türkiyə Süper Liqdə bu mövsümün transfer pəncərəsi olduqca sürətlə açılıb. Klublar yeni mövsümə iddialı başlamaq və heyətlərini gücləndirmək məqsədi ilə aktiv şəkildə fəaliyyət göstərirlər. Son çempion “Qalatasaray”, “Bayern Münhen”dən Sane’ni heyətinə qataraq dünya futbolunda böyük səs-küyə səbəb oldu. “Trabzonspor” isə keçmiş hücumçusu Onuaçunu yenidən komandaya qaytarmaqla hücum xəttini gücləndirib. İndi bütün diqqətlər “Fənərbaxça” və “Beşiktaş”ın edəcəyi transferlərə yönəlib. Budur, 2025/2026-cı il yay mövsümündə reallaşan bütün imzalar…
Onuaçu - Sauthempton > Trabzonspor
“Trabzonspor” keçmiş hücumçusu Onuaçunu yenidən heyətinə daxil etdi. Boyu 2.01 sm olan nigeriyalı futbolçu 2023-24 mövsümündə “bordo-mavi”lilərdə icarə əsasında çıxış etmişdi.
Onur Bulut - Beşiktaş > Başakşəhər
Son olaraq “Beşiktaş”da çıxış edən Onur Bulut İstanbul təmsilçisi “Başakşəhər”lə 2 illik müqavilə imzaladı.
Vaqner Pina - Eştoril > Trabzonspor
“Trabzonspor” “Eştoril”in sağ cinah müdafiəçisi Vaqner Pinanı heyətinə qatdığını elan etdi. 23 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.
Aleksandr Yovanoviç - Partizan > Kocaelispor
“Kocaelispor” “Partizan”ın 32 yaşlı qapıçısı Aleksandr Yovanoviçlə 2 illik müqavilə bağladı.
Furqan Orak - Esenler Erokspor > Rizəspor
“Trendyol Süper Liq” təmsilçilərindən “Çaykur Rizəspor”, “Esenler Erokspor”dan 24 yaşlı Furqan Orakı transfer edib.
Kubilay Kanatsızquş - Göztepe > Kasımpaşa
“Göztepe”də çıxış edən Kubilay Kanatsızquş “Kasımpaşa”ya keçdi. Müqavilənin müddəti 2 illikdir.
Arda Okan Kurtulan - Adana Dəmirspor > Göztepe
“Göztepe” son olaraq “Adana Dəmirspor”da çıxış edən Arda Okan Kurtulanla 4+1 illik müqavilə imzalayıb.
Leroy Sane - Bayern Münhen > Qalatasaray
“Qalatasaray”, “Bayern Münhen”lə müqaviləsi başa çatan Leroy Saneni 3 il müddətinə heyətinə qatıb.
Loqi Tomasson - Strömsqodset > Samsunspor
“Samsunspor” islandiyalı sol cinah müdafiəçisi Loqi Tomassonu transfer edib. 25 yaşlı futbolçu “qırmızı-ağ”larla 4+1 illik müqavilə bağladı.
İbrahim Qaya - Bandırmaspor > Alanyaspor
“Korendon Alanyaspor”, “Trendyol 1. Liq” təmsilçilərindən “Bandırmaspor”da çıxış edən 24 yaşlı futbolçu İbrahim Qayanı heyətinə qatıb.