"Beşiktaş"ın yeni transferi Abrahamdan möhtəşəm start
"Beşiktaş"ın UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Sent Patricks"ə qonaq olduğu matçda Abraham fərqlənib.
Tammy Abraham "Beşiktaş"dakı karyerasına əla başladı
"Beşiktaş"ın yeni transferi Tammy Abraham, qara-ağ rənglərdəki karyerasına olduqca yaxşı bir başlanğıc etdi.
Abraham ilk üç matçda dörd qol vurub
Abraham, "Beşiktaş"dakı ilk 3 rəsmi matçında 4 dəfə fərqlənməyi bacarıb.
"Şaxtyor Donetsk"lə oynanılan ilk matçda penaltidən qol vuran Tammy Abraham, "Sent Patricks" səfərində də biri penaltidən olmaqla 3 dəfə rəqib qapısına yol tapıb.
Tammy Abraham "Beşiktaş" tarixində bir ilkə imza atıb
"Sent Patricks" qapısına üç qol vuran Tammy Abraham, "Beşiktaş" tarixində bir Avropa kuboku matçının ilk yarısında het-trik edən ilk oyunçu olub.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz