İdman 30.06.2025

Tammy Abraham Beşiktaş'a keçir

Tammy Abraham Beşiktaş'a keçir

Beşiktaş Abrahamla Şifahi Razılığa Gəldi

Yeni mövsüm öncəsi heyətini hücumçu ilə gücləndirmək istəyən Beşiktaş "Roma"nın ingilis ulduzu Tammy Abraham ilə razılığa gəlib. Keçən mövsümü "Milan"da icarə əsasında keçirən 27 yaşlı futbolçu ilə danışıqlar aparan "Qara Qartallar"ın rəhbərliyi ulduzla şifahi anlaşma əldə edib. Kluba yaxın mənbələrdən verilən məlumata görə, "Beşiktaş" rəhbərliyi Roma klubu ilə təmasa keçərək bu transferi 20 milyon avro transfer haqqı ilə yekunlaşdırmağa çalışacaq.

Hücumçunun Karyera Göstəriciləri

"Roma"nın 2021-ci ildə "Çelsi"dən 42 milyon avro transfer haqqı ödəyərək heyətinə qatdığı Abraham ötən mövsüm "Milan"a icarəyə verilmişdi. İngilis hücumçu "Milan"ın formasını keçən mövsüm 45 rəsmi matçda geyinib, 10 qol vurub və 7 məhsuldar ötürmə edib. Abraham İngiltərə Milli Komandasının formasını da 11 dəfə geyinib və bu matçlarda 3 qola imza atıb.

24 saat