Şou 04.07.2025

Tarkanın keçmiş sevgilisi Bilgə Öztürkün İzmir sörf məktəbi yanıb

Tarkanın keçmiş sevgilisi Bilgə Öztürkün İzmir sörf məktəbi yanıb
Türkiyənin İzmir yanğınları ilə mübarizə davam edərkən, bir neçə il əvvəl müğənni Tarkanla yaşadığı məhəbbətlə tanınan hüquqşünas Bilge Öztürkdən kədərli xəbər gəlib. Bilge Öztürk sörf məktəbinin alovlara büründüyü görüntüləri "Instagram" hesabında paylaşıb. Öztürk, "Dostlar, çox kədərliyik. Bunlar kameraların yanmadan əvvəl qeydə aldığı son görüntülərdir. Zənglərə, mesajlara cavab verə bilmirəm" ifadələrini işlədib.

İzmir Yanğınlarında Son Vəziyyət

Bucada başlayan yanğına müdaxilə davam edir, lakin üç meşə işçisi alovlardan zərər görüb. İddialara görə, iki inşaat işçisinin dəmir kəsərkən od qığılcımları ilə yanğına səbəb olduğu bildirilir. Həmin şəxslər daha sonra nəzarətə alınıb. İyulun 2-də Ödəmiş rayonunda başlayan yanğına həm havadan, həm də qurudan müdaxilə edilir. Yanğın səbəbindən Suçıktı, Tosunlar, Üzümlü, Ortaköy və Karadoğan məhəllələri ehtiyat tədbiri olaraq təxliyə edilmişdi. Alovlar Yeniköy məhəlləsini də təhdid etməyə başlamış, Suçıktı məhəlləsində yaşayan yataq xəstəsi 81 yaşlı İbrahim Ərkan və meşə işçisi İbrahim Dəmir həyatını itirmişdi. Çeşmənin Ildır məhəlləsində başlayan yanğına da müdaxilə davam etdirilir. Rayonda üç məhəllə əhalisi meşə yanğını təhlükəsi ilə bağlı təxliyə edilmişdi. Bu yanğınlar səbəbindən dünən Türkiyə Avtomobil Yolları Baş İdarəsi İzmir-Aydın şosesinin nəqliyyat üçün bağlandığını elan etmişdi.

24 saat