Yeni mövsümə güclü heyətlə başlamağı planlaşdıran
Trabzonsporda transfer işləri sürətlə davam edir. İsveç mətbuatının yaydığı məlumata görə,
Trabzonspor müdafiə xəttini gücləndirmək üçün İsveç yığmasının futbolçusu
Alex Douglası transfer siyahısına daxil edib. Xəbərdə qeyd olunur ki, "bordo-mavililər" 25 yaşlı mərkəz müdafiəçisi üçün danışıqlara başlayıb.
İsveçin aparıcı idman saytları Fotbollskanalen və Fotbolltransfers,
Trabzonsporun
Lech Poznan forması geyinən
Douglası heyətinə qatmaq istədiyini yazıb. Oyunçu üçün hələlik rəsmi təklif edilməsə də, "bordo-mavililərin" marağının ciddi olduğu vurğulanır.
GƏNC YAŞDA DİQQƏT ÇƏKƏN KARYERA
İsveçin Stokholm şəhərində anadan olan və 1,90 sm boyu olan
Alex Douglas futbola "Hammarby"nin aşağı yaş qruplarında başlayıb. Qısa müddət İspaniyada "San Roque"də çıxış etdikdən sonra ölkəsinə qayıdaraq "FC Stockholm Internazionale"nin formasını geyinib. 2022-ci ildə "Vasteras SK"ya transfer olan gənc mərkəz müdafiəçisi, burada göstərdiyi performansla diqqətləri cəlb edib və komandasının 2023-cü ildə Superettan çempionluğunu qazanmasında mühüm rol oynayıb. 2024-cü ilin yayında Polşanın köklü klublarından Lech Poznan'a transfer olan
Douglas, yeni klubu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.
STATİSTİKALARI İLƏ ÖN PLANDA
Hava toplarındakı uğurlu oyunu ilə fərqlənən mərkəz müdafiəçisi, ötən mövsüm hava toplarının qazanılmasında 62 faizlik göstərici ilə diqqət çəkib. Oyun başına 2,5 top qazanma, 11 uğurlu müdaxilə və 14 təmizləmə ilə müdafiədəki effektivliyini nümayiş etdirib. Hazırda bazar dəyəri 2,5 milyon avro səviyyəsində olan isveçli futbolçunun transferi üçün
Trabzonsporun təxminən 1,5-2 milyon avro arasında bonservis təklifi hazırlığında olduğu iddia edilir.
Trabzonsporun müdafiə xəttindəki alternativlərini artırmaq üçün heyətinə qatmaq istədiyi
Alex Douglasın transfer prosesinin yaxın günlərdə dəqiqləşməsi gözlənilir.
24 saat