ABŞ Prezidenti Tramp Haaqa Zirvəsində NATO və İranla Bağlı Kəskin Açıqlamalar Verib
Niderlandın Haaqa şəhərində keçirilən
NATO Zirvəsinə ABŞ müdafiə naziri Pit Heqset və ABŞ xarici işlər naziri Marko Rubio ilə qatılan ABŞ prezidenti Donald Tramp,
NATO ölkələrinin demək olar ki, hamısının müdafiə xərclərini sürətlə 5 faizə çatdırmaq planlarını sürətləndirdiyini bildirib.
Tramp, "(NATO büdcə hədəfi ilə) İllik 1 trilyon dollardan çox artım olacaq" ifadəsini işlədib. O,
NATO müdafiə büdcəsində ABŞ-ın payının digər müttəfiqlərə nisbətən daha çox olduğunu və bunu "ədalətsizlik" kimi qiymətləndirdiyini vurğulayıb. ABŞ prezidenti planlaşdırılan artımın ölkəsi üçün olduqca "əhəmiyyətli bir qazanc" olacağını qeyd edib.
Trampdan İrana Nüvə Zərbələri ilə Bağlı Şok Açıqlamalar
İranın uraniyum daşıdığı iddiasına dair nüvə materiallarının hələ də təsislərdə olduğunu güman etdiyini bildirən Tramp, "O qədər sərt və sürətli zərbə endirdik ki, çölə çıxara bilmədilər" deyib.
ABŞ-ın
İranın nüvə obyektlərinə zərbələrini qiymətləndirən Tramp, "(Müharibənin) Bitdiyini düşünürük. Artıq bir-birlərinə hücum edəcəklərini sanmıram" ifadəsini istifadə edib. ABŞ prezidenti sözügedən hücumun "çox uğurlu" olduğunu bildirərək, "Dünyada başqa heç bir ordu bunu edə bilməzdi" deyib.
15 ildir
İranın nüvə silahına sahib ola bilməyəcəyini söylədiyini vurğulayan Tramp, "Yalnız
İranın nüvə təhdidini bitirmədik, həm də ABŞ-ın çəkindiriciliyinin ciddiliyini xatırlatmış olduq" ifadəsini işlədib. İsrail Atom Enerjisi Komissiyasından məktub aldığını deyən Tramp, "(Hücumların)
İranın nüvə silahı inkişaf etdirmə qabiliyyətini uzun illər geriyə atdığını qiymətləndiririk.
İran nüvə materiallarına əlçatan olmazsa, bu davam edə bilər" deyib.
İqtisadiyyat və Mərkəzi Bank Rəhbəri ilə Bağlı Kəskin İfadələr
Tramp ölkədə inflyasiyanın olmadığını müdafiə edərək, "Möhtəşəm bir iqtisadiyyatımız var, gömrük tariflərindən milyardlarla dollar qazanırıq" deyib. Gömrük tarifi ödəmək istəməyənlərin fabriklər inşa etdiyini vurğulayan Tramp, gələn yatırımların ölkə tarixində görünməmiş səviyyədə olduğunu qeyd edib.
ABŞ Mərkəzi Bankının (FED) rəhbəri Cerom Pauellə bağlı tənqidlərini yenidən səsləndirən Tramp, "Ağıl olaraq orta səviyyəli bir insandır. Ağıl səviyyəsinin gördüyü iş üçün aşağı olduğunu deyə bilərəm" ifadəsini işlədib. Pauell haqqında tənqidlərini davam etdirən Tramp, "Çox axmaq bir insan olduğunu düşünürəm" deyib.
Ukrayna Müharibəsi və Trampın Vasitəçilik Təklifi
Rusiya Prezidenti Vladimir Putinin ona
İran mövzusunda kömək etmək üçün zəng etdiyini bildirən Tramp, özünün də Putinə, Rusiya-Ukrayna müharibəsini bitirmək mövzusunda kömək edə biləcəyini söylədiyini vurğulayıb.
Tramp, "Ukraynadakı müharibə digər müharibələrdən daha çətindir. Putin çox çətindir və (Ukrayna Prezidenti Volodimir) Zelenski ilə də bəzi problemlərim oldu" deyə bildirib. Rusiya-Ukrayna müharibəsini bitirmək üçün bir çox lider və yüksək səviyyəli rəsmilərlə görüşlər keçirdiyinin altını cızan Tramp, "(Müharibəni) Bitirmək üçün əla vaxtdır. Putinlə danışacağam, görək bitirə bilərikmi?" ifadəsini işlədib.
ABŞ-ın Hərbi Üstünlüyü və İspaniyaya Tənqid
Tramp,
NATO ölkələrinin müdafiə büdcəsindəki artımı "Avropa və Qərb sivilizasiyası üçün böyük bir zəfər" kimi qiymətləndirərək, "İllər boyu əvvəlki hökumətlər, müttəfiqlərin çoxunu 2 faizlik müdafiə xərcləri hədəfini qarşılamağa inandıra bilmədi. Buraya ilk gəldiyimdə yalnız dörd ölkənin bu hədəfə çatdığını xatırlayıram. Polşa onlardan biri idi. Bir neçə ölkə daha var idi, amma çoxu bu səviyyəyə çatmamışdı" deyib.
Avropanın təhlükəsizliyi mövzusunda daha çox məsuliyyət götürməsinin Rusiya ilə Ukrayna arasındakı kimi müharibələrin qarşısının alınmasına kömək edəcəyini bildirən Tramp, "Mən prezident olanda belə bir şey yaşanmazdı, bunu min dəfə dedim. Həqiqətən də yaşanmadı, ağıllarına belə gəlmədi" deyə fikirlərini bölüşüb. ABŞ-ın xarici
diplomatiya siyasətinə də toxunan Tramp, belə hadisələrin qarşısının alınması üçün qətiyyət nümayiş etdirməyin vacibliyini qeyd edib.
Tramp, sözügedən büdcə artımlarının təchizat üçün xərclənməsi lazım olduğunu qeyd edərək, "Ümid edirəm ki, bu təchizatın istehsalı ABŞ-da aparılar, çünki biz dünyanın ən yaxşı hərbi təchizatına sahibik" ifadəsini işlədib.
İranın Qatardakı ABŞ bazasına etdiyi hücuma işarə edən Tramp, "Bu yaxınlarda bizə 14 raket atıldı, siz də gördünüz. Amma çox nəzakətli idilər, bizi öncədən xəbərdar etdilər. 'Raketləri atacağıq, saat 1 uyğundurmu?' deyə soruşdular. Biz də 'Tamam' dedik" şəklində danışıb.
Ukraynadakı vəziyyətin müdafiə sənayesi infrastrukturunun yenidən qurulmasının təxirəsalınmazlığını gözlər önünə sərdiyni vurğulayan Tramp, "Ən yaxşı avadanlığa, ən yaxşı nüvə qabiliyyətinə və ümumilikdə dünyanın ən yaxşı hərbi texnologiyasına sahibik" deyib. Tramp, xüsusilə sualtı qayıq donanmasının tərifə layiq olduğunu ifadə edərək, "Bu sualtı qayıqlarla yüzlərlə mil uzaqdan hədəfləri vurduq. Həqiqətən nəhəng bir texnologiya. Dünyanın ən inkişaf etmiş sualtı qayıq donanmasına sahibik. Digər ölkələr bizim sualtı qayıq texnologiyamızdan ən az 20 il geridədir" qiymətləndirməsini verib.
İran-İsrail Müharibəsi və Medianın Tənqidi
ABŞ prezidenti Tramp, ABŞ-ın
İrana etdiyi hücumların təsisin kritik infrastrukturunu məhv etdiyini və zənginləşdirmə zavodunu tamamilə qeyri-işlək hala saldığını bildirib. Sözügedən hücumların
İranın nüvə silahı inkişaf etdirmə qabiliyyətini uzun illər geriyə atdığını qiymətləndirdiklərini söyləyən Tramp, "Bu uğur,
İran nüvə materiallarına əlçatan olmadığı müddətcə müddətsiz olaraq davam edə bilər, ki edə bilməyəcək" deyib.
Tramp, həmçinin ABŞ-ın
İrandakı nüvə təsislərinə yönələn hücumlarının
İran ilə İsrail arasındakı müharibəni sona çatdırdığını müdafiə edib.
İran və İsrailin hücumlardan sonra "olduqca tükənmiş və yorğun" olduğunu dilə gətirən Tramp, "Çox sərt, qəddar və şiddətli şəkildə döyüşdülər. Hər iki tərəf də evlərinə qayıtmaqdan və münaqişələri bitirməkdən məmnun qaldılar" ifadələrini işlədib.
Atəşkəsi elan etdiyi gün İsrailin təyyarələrini
İrana qarşı havaya qaldırdığını qeyd edən Tramp, atəşkəs pozuntusunun qarşısını almaq üçün İsrailə təyyarələrini geri qaytarmalarını dediyini bildirib. Tramp, "(
İran-İsrail arasındakı) Müharibə, təyyarələrlə (
İrandakı) müxtəlif nüvə təsislərinə zərbə endirdiyimizdə sona çatdı" deyib.
İrandakı nüvə təsislərinin, B-2 bombardmançı təyyarələrlə "çox sərt və sürətli" vurulduğunu, bundan ötrü daşınması kifayət qədər çətin olan uraniyumun təsisdən çölə çıxaracaq vaxt tapa bilmədiklərini müdafiə edən Tramp,
İranın yenidən nüvə zənginləşdirmə fəaliyyətlərinə qayıdacağını sanmadığını vurğulayıb. Tramp, "Gələn həftə
İranla görüşəcəyik. Bəlkə bir razılaşma imzalayarıq, bilmirəm. Məncə o qədər də lazım deyil" deyib.
ABŞ-ın
İrandakı nüvə təsislərinə etdiyi hücumları şübhə altına alan xəbərlər yayımladığı üçün CNN və New York Times kimi media quruluşlarını "yalan xəbər yaymaqda" ittiham edən Tramp, "Bunların heç birinin artıq etibarlılığı qalmadı. Vəzifəyə başladığımda mediaya etibar 94 faiz idi, indi 16 faiz. Və bununla qürur duyuram, çünki həqiqəti üzə çıxardım" ifadələrini işlədib.
Sözügedən xəbərlərdə hücumun təsirinin sorğulandığını ifadə edən Tramp, sözlərinə belə davam edib: "'Həqiqətən pismiydi?' deyə soruşurdular. Bəli, həqiqətən çox pis idi. Tam mənada məhv edildi. Tunellərə belə girmək mümkün deyil artıq. Hər şey çökdü, tam bir fəlakət. Və məncə bütün nüvə materialı da oradaydı, çünki bu materialları oradan daşımaq çox çətindir. Biz bu işi çox sürətli şəkildə etdik. Onlar bizim gələcəyimizi duyduqlarında artıq hərəkət edə bilməzdilər. Daşımaq da çox təhlükəli, demək olar ki, qeyri-mümkün."
Müdafiə xərcləri mövzusunda 2 faizdə qalmaq istəyən tək ölkənin İspaniya olduğuna işarə edən Tramp, bu vəziyyəti "çox pis" kimi qiymətləndirib. Tramp, İspaniyanın iqtisadiyyatının "çox yaxşı" vəziyyətdə olduğunu qeyd edərək, pis bir şey baş verməsi ilə bu vəziyyətin tərsinə çevrilə biləcəyi şərhini verib. İspaniya ilə ticarət sazişi bağlanacağını qeyd edən Tramp, beləliklə İspaniyanın "iki qatını" ödəyəcəyini müdafiə edib.
24 saat