Dünya 23.10.2025

Tramp Putini iqtisadi zərbə ilə hədələyir: "Sanksiya vaxtıdır"

Tramp Putini iqtisadi zərbə ilə hədələyir: "Sanksiya vaxtıdır"

ABŞ Rusiya neft nəhənglərini sanksiya siyahısına salıb: Trampdan sərt mesaj

ABŞ Xəzinədarlığı Rusiyanın iki böyük neft şirkəti – "Rosneft" və "Lukoil"i, eləcə də onların filiallarını sanksiya siyahısına əlavə edib. Nazirlikdən verilən açıqlamada bu addımın Rusiyanın Ukraynadakı müharibəni dayandırmaq üçün sülh prosesinə ciddi sadiqlik nümayiş etdirməməsi səbəbindən atıldığı bildirilib.

Bəyanatda, "Rosneft" və "Lukoil"in sanksiya siyahısına salındığı, bu şirkətlərin törəmə müəssisələrinin də sanksiya siyahısına daxil edildiyi qeyd olunub. Açıqlamada həmçinin sanksiyaların Rusiyanın enerji sektoruna təzyiqi artıracağı, "Kremlin müharibə üçün gəlir əldə etmək və zəifləyən iqtisadiyyatını dəstəkləmək imkanlarını zəiflədəcəyi" vurğulanıb.

ABŞ Xəzinədarlığının sülh prosesini dəstəkləmək üçün səlahiyyətlərindən istifadə etməyə davam edəcəyi bildirilib. "ABŞ müharibənin sülh yolu ilə həllini müdafiə etməyə davam edəcək və davamlı sülh tamamilə Rusiyanın xoş niyyətlə müzakirələr aparmaq istəyindən asılıdır," ifadələri işlədilib.

Açıqlamada qeyd olunan ABŞ Xəzinədarlıq naziri Skott Bessent Rusiya Prezidenti Vladimir Putinin müharibəyə son qoymaqdan imtina etməsi səbəbindən müharibənin maliyyələşdirilməsinə kömək edən Rusiyanın ən böyük iki neft şirkətisanksiya tətbiq edildiyini bildirib. Bessent əlavə edib ki, Xəzinədarlıq ABŞ Prezidenti Donald Trampın daha bir müharibəyə son qoymaq səylərini dəstəkləmək üçün lazım gələrsə əlavə addımlar atmağa hazırdır. O, müttəfiqlərini ABŞ-a qoşulmağa və bu sanksiyalara əməl etməyə çağırıb.

ABŞ Prezidenti Donald Tramp Putinlə görüşün ləğvini və sanksiyaları şərh edib

ABŞ Prezidenti Donald Tramp Budapeştdə planlaşdırılan, lakin sonradan ləğv edilən Rusiya Prezidenti Vladimir Putinlə görüşünə toxunaraq, "Prezident Putinlə görüşü ləğv etdim, çünki bu mənə düzgün görünmədi. Hədəflədiyimiz nöqtəyə çata biləcəyimizi düşünmədim. Buna görə də ləğv etdim, lakin gələcəkdə bu görüşü keçirəcəyik," deyib.

RusiyaUkraynanın razılığa gələ bilməməsindən böyük məyusluq keçirdiyini bildirən Tramp, Moskvaya iqtisadi sanksiyalarla daha sərt mesajlar verəcəyinə işarə edib.

ABŞ Prezidenti Tramp Rusiyanın iki böyük neft şirkəti olan "Rosneft" və "Lukoil"i sanksiya siyahısına daxil etmələri ilə bağlı isə, "Vaxtının gəldiyini hiss etdim, uzun müddət gözlədim. Bunlar çox ciddi sanksiyalardır," deyə bildirib.

Rusiya neft şirkətlərinə tətbiq edilən sanksiyaların çox əhəmiyyətli olduğunu vurğulayan Tramp, "Bunlar onların iki böyük neft şirkətinə qarşı tətbiq olunan olduqca geniş sanksiyalardır və biz onların uzun sürməməsini arzulayırıq. Müharibənin bitməsini ümid edirik," ifadələrini işlədib.

Trampdan Putinlə görüşlə bağlı yeni açıqlamalar

ABŞ Prezidenti Donald Tramp Putinlə Budapeştdə planlaşdırılan, lakin təxirə salındığı bildirilən zirvəyə dair suala cavab olaraq, "Mən mənasız bir görüş keçirmək istəmirəm. Boş yerə vaxt sərf etmək istəmirəm," deyib. ABŞ Prezidenti sözlərinin davamında görüşün hələ də baş tuta biləcəyinə eyham vuraraq, "Hələ qərar verməmişik," söyləyib.

Putinlə görüşü niyə ləğv etdiyi ilə bağlı bir sualı cavablandıran Tramp, "Mən heç nə deməmişəm. Bunun baş verəcəyini deməmişəm. Nə olacağını heç vaxt bilmək olmaz. Növbəti 2 gün ərzində nə edəcəyimiz barədə sizə məlumat verəcəyik," deyərək, mümkün zirvə görüşünün hələ də real olduğuna işarə edib. ABŞ Prezidenti Rusiya-Ukrayna müharibəsində hələ də atəşkəsin mümkün olduğuna inandığını ifadə edib.

Ağ Ev: Yaxın gələcəkdə zirvə gözlənilmir

Dünən məsələ ilə bağlı açıqlama verən Ağ Ev, ABŞ Prezidenti Trampla Rusiya Prezidenti Putin arasında yaxın gələcəkdə bir zirvə görüşünün gözlənilmədiyini bildirmişdi.

ABŞ rəsmisi agentlik müxbirinə açıqlama verərək bildirib: "Dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov səmərəli görüş keçiriblər. İki nazir arasında əlavə üz-üzə görüşə ehtiyac olmayacaq və Prezident Trampın yaxın gələcəkdə Prezident Putinlə bir görüşü planlaşdırılmır."

ABŞ Prezidenti Tramp ötən həftə verdiyi açıqlamada, Rusiya-Ukrayna müharibəsini başa çatdırmaq məqsədilə Rusiya Prezidenti Putinlə Budapeştdə bir araya gələ biləcəyini açıqlamışdı.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz