Peskov, ABŞ prezidenti Donald Trampın
Rusiya ilə bağlı son bəyanatları ilə əlaqədar paytaxt Moskvada jurnalistlərə açıqlamalar verib.
Müharibəyə Dəvam Siqnalı
ABŞ, NATO və Brüsseldə
Ukraynaya əlavə silah tədarükü ilə bağlı qəbul edilən qərarları tənqid edən Peskov, "Bu qərarların Ukrayna tərəfindən sülh əlaməti kimi deyil, müharibənin davam etdirilməsinə dair bir siqnal olaraq qəbul edildiyinə şübhə yoxdur" ifadəsini işlədib.
Trampın Bəyanatları Ciddidir
Rusiya dövlət başçısı Vladimir Putinin "zərurət görərsə", Trampa cavab verəcəyini vurğulayan Peskov, "Trampın bəyanatları çox ciddidir. Onlarda Putinin şəxsən özünə yönəlik ifadələr var. Vaşinqtonda deyilənləri təhlil etmək üçün mütləq zamana ehtiyacımız var" deyib.
ABŞ mətbuatında Trampın Ukrayna prezidenti Volodimir Zelenski ilə "
Moskva və Sankt-Peterburqa mümkün hücumları" müzakirə etdiyinə dair xəbərləri dəyərləndirən Peskov, "Bu cür ritorika yeni yaranmayıb" söyləyib.
Danışıqlara Hazırıq
Peskov, Rusiyanın
Ukrayna ilə üçüncü tur danışıqlara başlamağa hazır olduğunu və Ukraynadan cədvəl təklifi gözlədiklərini vurğulayıb.
ABŞ prezidenti Donald Tramp ötən gün, 50 gün ərzində Ukrayna ilə razılığa gəlinməzsə, Rusiyaya tətbiq edilən gömrük tariflərini 100 faiz artıracağını və Ukraynaya əlavə Patriot hava müdafiə sistemləri göndəriləcəyini açıqlamışdı.
24 saat