Formula 1: Maks Ferstappen Bakı Şəhər Trasında Zəfər Çaldı
Formula 1 üzrə Azərbaycan Qran Prisi başa çatdı. Bakı Şəhər Trasında keçirilən yarışda hollandiyalı pilot Maks Ferstappen finiş xəttini birinci keçərək qələbə qazanıb. Bu, Ferstappenin ardıcıl ikinci, mövsüm üzrə isə dördüncü qələbəsi oldu.
Yarış 51 dövrədən ibarət idi. Ferstappen 1 saat 33 dəqiqə 26 saniyə ərzində bütün məsafəni qət edərək podiumun ən yüksək pilləsinə qalxdı. Mercedes komandasının pilotu Corc Rassel liderdən 14.609 saniyə geri qalaraq ikinci, Williams komandasının sürücüsü Karlos Sainz isə 19.199 saniyə fərqlə üçüncü yeri tutdu.
Qeyd edək ki, dünənki sıralama turunda qəza yaşayan şampiyonat lideri McLaren pilotu Oskar Piastri yarışa uğursuz başladı. O, 5-ci döngədə qəzaya düşərək ilk dövrədə yarışdan kənarlaşdı.
Pilotlar və Komandalar Klasmanında Son Vəziyyət
Azərbaycan Qran Prisindən sonra pilotlar və komandalar klasmanında ilk beşlikdə dəyişikliklər müşahidə olunur.
Pilotlar:
Oskar Piastri (Avstraliya): 324 xal
Lando Norris (Böyük Britaniya): 299 xal
Maks Ferstappen (Hollandiya): 255 xal
Corc Rassel (Böyük Britaniya): 212 xal
Şarl Leklerk (Monako): 165 xal
Formula 1 həyəcanı davam edir. Növbəti yarış, Sinqapur Qran Prisi, 5 oktyabr bazar günü keçiriləcək.
Oxucu Şərhləri
Şərh Yaz